Sezar Meza Kollinin millliləşdirilməsi məsələsi ölkənin futbol gündəmindən düşməyən mövzulardandı.
Fanat.Az-ın əldə etdiyi son informasiyaya görə, mətbuata bununla bağlı yeni açıqlama verməyə tələsməyən paraqvaylı yarımmüdafiəçi AFFA-nın hərəkətə keçməsini gözləyir. Ölkənin futbol qurumuna milli formanı geyinmək istəyini ötən ay çatdıran Meza Kollinin taleyinə İK-nın hələ də keçirilmə tarixi dəqiqləşməyən növbəti iclasından sonra aydınlıq gələcək.
Hazırda İK üzvləri arasında da sözügedən legionerin milliləşdirilməsinə münasibət birmənalı deyil.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol