12:21 02.06.2020 2195

Bizi gözləyən aqibət: Leş bir yana, baş bir yana

Təxminən iki ayyarımlıq fasilədən sonra Azərbaycan Çempionatının taleyinə nəhayət ki, aydınlıq gəldi. Artıq komandalar məşqə başlayıb. İyunun 21-dən də həsrətində olduğumuz futbolumuz meydanlara qayıdacaq. Təbii, bu xəbər  azarkeşləri sevindirir. Bəs məşqçiləri, futbolçuları  necə? Yaranmış fasilə çox, bərpa məşqinin müddəti az deyilmi?

Bir həqiqət var: yenicə kollektiv məşqinə qoşulan futbolçuların əksəriyyətinin fiziki durumu bərbaddı. Kimsə deyə bilər ki, onlayn məşqlər, filan... Allah eşqinə özümüzü aldatmayaq. Futbolçularımızın çoxunun necə "peşəkar” olduğunu bilirik. 
 
Məşqçilərimiz də bilir, amma susurlar. Axı necə ola bilər ki, 3 aya yaxın fasiləni 20 gün məşqlə bərpa edə biləsən? Əslində özünə peşəkar deyən məşqçilər futbolumuzun kabinet idarəçilərinə başa salmalıydı bu durumu. Əvvəllər 10-15-20 gün fasilədən sonra intensiv məşqlər, yüklənmələr, yoldaşlıq görüşləri ayyarımı əhatə edirdi. Yenə də futbolçularda "axsaqlıq” hiss olunurdu ki, bunu da məşqçılər fiziki yüklənmənin nəticəsi kimi görürdü. 2-3 həftəyə də bu problemlər aradan qaldırılırdı. Normal məşqlər olan dövrdə həftədə 1 oyunu zorla oynayan futbolçularımız dörd gündənbir necə oynayacaq? 

Kütləvi zədələnmələr qaçılmazdı. Hələ çempionat bərpa olunmamış başlayacaq bu zədələr. Məşqçilərimiz bunu bilmir? Bilə-bilə niyə növbəti mövsümü qurban verirlər. Olmazdımı ki, komandalar növbəti "futbol ili”nə hazırlıqlarını normal proqramla başlasınlar, zədə riskləri azalsın, yoldaşlıq oyunları keçirsinlər?

Səmimi olaq, cənab klub idarəçiləri və baş məşqçiləri, kimə sərf edir indi çempionatın başlaması?

Heç nə demirəm, gözləyək! Çempionatın bərpasına qədər və ondan sonra futbolçuların meydanda "leş bir yana, baş bir yana” qaldığını görəndə danışarıq. Mətbuata  "çempionat bərpa olunmamalıydı” açıqlaması verən  məşqçilər də olacaq. Hələ nələr olacaq, nələr...
 
Hələlik!
 
Əli Sahib
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X