"Zirə” Cəlal Hüseynovla yeni müqavilə imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi.
Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər bu komandada çıxış edəcək.
Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol