18:58 08.11.2020 1348

\"Qarabağ\"dan \"Neftçi\"yə 6 qol, \"Zirə\" zirvəyə şərik oldu

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə olduğu kimi ikinci oyun günündə də hər iki qarşılaşma Bakıda baş tutub.

Əvvəlcə "Bakcell Arena"da "Neftçi" və "Qarabağ" üz-üzə gəlib. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Filip Ozobiçin het-trik etdiyi oyunda Mahir Emreli, Abdullah Zubir və Musa Qurbanlı hərəyə bir qol vurub. Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda daha bir oyunu var. 14 xalı olan "Neftçi" isə 3-cü pilləyə geriləyib.

Bu "Neftçi" və "Qarabağ" arasında 81-ci matç olub. Bunların 21-də paytaxt, 30-da Ağdam təmsilçisi qələbə qazanıbsa, 30 oyunda heç-heçə qeydə alınıb. Topların nisbəti də son illərin çempionunun xeyrinədi - 73:91. "Qarabağ” "Neftçi"yə son üç matçda qalib gələ bilməmişdi. 

Turun yekun matçında isə "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edib. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin "Sabah"ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınmışdı.
 
Matçın taleyini bir qol həll edib. 58-ci dəqiqədə fərqlənən Ağabala Ramazanov "Zirə"yə 1:0 hesablı qələbə qazandırıb. Bununla da Rəşad Sadıqovun komandası xal hesabını 15-ə yüksəldərək turnir cədvəlinin zirvəsində "Qarabağ"la "Sumqayıt"a şərik olub. Son 6 qarşılaşmadan məğlub ayrılan "Sabah" isə 6 xalla sonuncu pilləqə qərarlaşıb. 

Bu iki komanda arasında çempionatdakı 9-cu görüş olub. Bunların 4-də "Sabah", 3-də "Zirə" qələbə qazanıb. Daha 2 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də "Sabah"ın xeyrinədi - 11:10. 

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" "Qəbələ"ni 3:1, "Səbail" "Sumqayıt"ı 2:1 hesabı ilə yenib.
 
Premyer Liqa
2020/21 mövsümü
II dövrə, IX tur

8 noyabr
Neftçi - Qarabağ 0:6
Qollar: Filip Ozobiç, 20; 29-pen; 52. Mahir Emreli, 39. Abdullah Zubir, 50. Musa Qurbanlı, 75.
Neftçi: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 13. Prins İbara, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov.
Hakim-inspketor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bakcell Arena”.

Sabah - Zirə 0:1
Qol: Ağabala Ramazanov, 58.
Qırmızı vərəqə: Mateus Albino, 90+1 (Zirə)
Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 19. Təmkin Xəlilzadə, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriges, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Bank Respublika Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

8

4

3

1

20:5

15

2

Sumqayıt

9

4

3

2

12:9

15

3

Zirə

9

4

3

2

9:8

15

4

Neftçi

9

4

2

3

7:12

14

5

Keşlə

9

3

3

3

10:12

12

6

Səbail

8

2

3

3

9:10

9

7

Qəbələ

9

1

5

3

7:14

8

8

Sabah

9

2

0

7

8:12

6

Bombardirlər

Əli Qurbani (Sumqayıt), Filip Ozobiç (Qarabağ) - 6. Namiq Ələsgərov (Neftçi), Mahir Emreli (Qarabağ) - 5. Davit Volkov (Zirə) - 4. Ramil Şeydayev (Sabah), Ovusu Kvabena (Qarabağ), Silvio Rodriges (Keşlə), Rauf Əliyev (Səbail) - 3.


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

01 Yanvar 1970
04:00

04:00

04:00

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X