Ağdamın "İmarət" stadionunun son halını əks etdirən görüntülər yayılıb.
27 il Ağdamı işğal altında saxlayan ermənilər arenanı da dağıdıblar.
Videodan göründüyü kimi, "İmarət"in əvvəlki halından əsər-əlamət belə qalmayıb.
"İmarət" stadionunun açılışı 1952-ci ildə olub. İşğala qədər "Qarabağ" ev oyunlarını məhz bu stadionda keçirirdi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol