13:56 01.12.2020 947

27 il 4 ay sonra – Ağdamdan reportaj

İşğaldan azad olunan Ağdam şəhərinə səfərimi başa vurub geriyə - Bakıya qayıdanda, yoldaykən zəng vuran dost-tanışdan eyni sualları eşidirəm: 

"Oranın vəziyyəti necə idi?”

"Bizim məhlədən keçmədin?”

"Evinizi tapdın?”

Son sualın qoyuluşuna diqqət edin: evinizə getdin yox a, evinizi tapdın…

Səbəbsiz deyil, əlbəttə. Çünki vəhşi və vandal erməni şəhərdə evdə evlik, çöldə çöllük, yolda yolluq qoymadığına görə hər yer tanınmaz haldadır. Və elə bil 1993-cü ilin 23 iyulundan - Ağdamın işğalından sonra bu şəhərin artıq özü də hər gün parça-parça, hissə-hissə şəhid olaraq cismini də, hətta skeletini də tamamilə itirib. Ötən həftə səfər etdiyim Ağdamda olduğum bir neçə saat mənə kifayət edir ki, bu fikri irəli sürüm: həmin o qara tarixə qədərki Ağdam – o əzəmətli, qüdrətli şəhər artıq yoxdur. Qalan yalnız Ağdamın ruhudur və bir də... 2020-ci ilin noyabrın 20-si tarixində doğulan Ağdam! Ölən köhnə şəhərin yeni varisi...

***

Çəkiliş etdiyim vaxt Ağdam şəhərinin mərkəzi hissəsində keşik çəkən onlarla əsgərimizdən biri nəzakətlə deyir:

- Ora olmaz!

- Niyə?

- Mina ola bilər...

Məsuliyyət hissini tamamilə itirib "Bəlkə risk edim” deyirəm. Bu dəfə həmin əsgərin sifətindəki ifadə sərtləşməyə başlayır: "Deyəsən, canından bezmisən”.

Düşmənimiz Ağdamdan çıxsa da, çox yerdə kor-təbii şəkildə mina basdırıb. Yəni təmizlənmiş yollar xaric, addım atdığın hər bir yerdə minaya düşmək, daha doğrusu, ölmək, ya da əl-ayağını itirmək riski ən azı 50 faizdir. Ona görə də əsgərimizin haqlı irad və tələbini qəbul etməkdən başqa çarəm qalmır. Amma evimizə getmək üçün də səbirsizlənirəm. Bu günlər Ağdama səfər edən ağdamlılar üçün istiqamətverici qibləyə çevrilən Ağdam Cümə məscidinin qarşısında durub uşaqlıq yaddaşımı köməyə çağırıram: təqribən 300-400 metr gedib Hamam məhələsinə çıxacağam, ordan Əli İbrahimov küçəsi ilə "Frunze”nin kəsişməsini keçib 1 May küçəsini tapacağam. 1 May küçəsi, ev 46 olmalıdır 2 mərtəbəli evimiz.... Yaşamadığım uşaqlığımın (müharibəyə görə) keçdiyi həyətə girəcəyəm: 27 il 4 aydan sonra.  Amma  artıq Ağdamın özündə, evimdən cəmi 10-15 dəqiqəlik məsafədə olsam da, ora ayaq basa bilmirəm. Çünki əsgər dedi axı: mina ola bilər!

Bəs, məgər mina olmasa necə, evimi tapmağım mümkündürmü?

Mən bunu düşünəndə çönüb sola baxıram. İki mərtəbəli dağılmış binadır. Yadıma düşür ki, dünyanın düz vaxtı burada qızıl mağazası yerləşirdi, ordan bir az yuxarıda isə Ağdamın İcra Hakimiyyəti. Hazırda sosial şəbəkələrdə şəkli geniş yayılan Ağdamın dağılmış Dram Teatrı ilə üzbəüzdə yerləşirdi. 25-30 metr sonra həmin yerə çatıram. Təbii ki, icra hakimiyyətinin də binası darmadağın edilib. Amma yenə də o xarabalığa ayaq basmaq istəyirəm. 4-5 metrliyimdədir. Bu dəfə isə başqa bir əsgərimiz artıq mənə tanış olan sözləri deyir:

-  Ora olmaz!

- Bildim! Mina ola bilər...

Gülümsəyir...

***

Qayıdıram məscidin qarşısına. Bakıdan yüksək çinli dövlət adamları, xarici diplomatlar gəlib. Onları Prezidentin yorulmaz köməkçisi Hikmət Hacıyev müşayiət edir. Eyni səfər proqramı çərçivəsində Ağdama gələn "Qarabağ” futbol komandasının üzvlərini salamlayan Hacıyev 8 yaşında valideynləri ilə birgə bu şəhərdə qonaq olduğunu söyləyir.

Millət vəkili Aqil Abbas da buradır. Gözlərindən sevinc yaşları sel kimi axır. Müsahibə verir, ağlayır, kimlə görüşüb bağrına basırsa, ağlayır.

Aqil Abbas! Ağdamın canlı simvollarından biri...

Az əvvəl gedib evlərini də tapıbmış. Həyətinə kənardan baxıb. Ona da məlum səbəblərdən – mina təhlükəsinə görə içəri girməyi icazə verməyiblər. "Zəng elədim İradəyə, sonra da uşaqlara. Dedim həyətimizi tapmışam. Bunu dedim və ağladım...” Və yenə gözündən yaş gəlir.

Aqil müəllim Ağdamla bağlı fenomenal yaddaşa sahibdir. Bunu özünə də deyirəm. "Hə...” deyib təsdiqləyir və mənə köməyini təklif edir: "İstiyirsən, gedib sizin də evinizi də tapım...”



***

Ağdam Dram Teatrının qarşısında qonaqların şərəfinə kiçik bir tədbir hazırlanıb. 27 il 4 aydan sonra burada ilk dəfə bizə məxsus bir mahnı səslənir: qarabağlıların qeyri-rəsmi himni "Qarabağ şikəstəsi”. Xalq artisti Mənsum İbrahimov elə ürəklə, şövqlə oxuyur ki, bütün Qarabağ yenidən gözümün önündə canlanır: bugünkü xoş günlərimiz, onun səbəbkarı olan müzəffər Ordumuz, dünənki faciələrimiz və yenə mərd oğullarımız, şəhidlərimiz, Ağdamın əfsanəvi komandiri Allahverdi Bağırov... Qəbri Ağdamın Şəhidlər xiyabanındadır. Yeganə salamat qalan məzar da onunkudur. Bir azdan ora istiqamət alırıq. Dram Teatrın önündən üzü Əsgəran yoluna çıxırıq...



Ətrafda artıq olmayan, daşı belə qalmayan dağıdılmış evlərə, binalara baxandan sonra hamının erməniləri lənətləməkdən başqa çarəsi qalmır. Amma şəxsən məni evlərin yox, Şəhidlər Xiyabanında 200-dən çox şəhid məzarının dağıdılması daha çox ağrıdır. Və bu cinayət təkcə qəbirlərin dağılması ilə də yekunlaşmayıb. Düşmən göreşən kimi qəbirlərin içinə qədər girib! Təsəvvür edin, qəbirlərin içinə qədər. Belə anlaşılır ki, onlar orada qızıl diş axtarırmışlar.

Bunun adı ağlasığmaz hərbi vəhşilik və misli görünməmiş vandalizm aktıdır. Və bu, təkcə Ağdamın Şəhidlər Xiyabanında deyil, işğal olunmuş ərazilərimizdəki bütün məzarlıqlarda kütləvi olaraq, sistemli şəkildə həyata keçirilib. Şəhidlərimizə, itirilmiş insanlarımıza həssas münasibətimizi və oranı ziyarət edəcəyimizi bilən ermənilər məzarlıqları da minalayıb. Ona görə də Ağdama, eləcə də azad olunan digər şəhərlərimizə gedən insanlarımızın bu fakta xüsusi diqqət yetirməsində, ehtiyatlı olmasında fayda var. Şəhidlər Xiyabanında hələlik kiçik bir ərazi minalardan təmizlənib. ANAMA-nın əməkdaşı mənimlə söhbətində dedi ki, hər gün burada basdırılmış neçə-neçə mina aşkarlanır. Yəni düşmən Ağdamdan və digər şəhərlərimizdən çəkilsə də, onun təhlükəli qalıqları qalmaqdadır. Yerin dibində də, üstündə də...

***

Qarabağ xanlarının dəfn olunduğu "İmarət”ə gedirik. Mülkü əhaliyə məxsus yaşayış evləri kimi, tarixi ziyarət yerlərimiz, abidələrimiz də vandalizm aktına məruz qalıb. Pənahəli xanın türbəsi tövləyə çevrilib, İbrahim Xəlil xanın, Mehdiqulu xanın  türbəsi, xan qızı Xurşidbanu Natəvanın qəbri də dağıdılıb.
 

İbrahim Xəlil xanın dağıdılmış türbəsi

Ətrafdakı "İmarət” stadionu isə artıq Ərəbistan səhralığını xatırladır. Son dəfə "Qarabağ” komandasının futbolçuları burada 1993-cü ilin mayında "Turan”la oyunda iştirak ediblər. Bu dəfə "Qarabağ”ın futbolçuları meydana çıxıb simvolik olaraq futbol oynayırlar. Bu həssas məqamı bütün diplomatlar, dövlət rəsmiləri də izləyir. Hikmət Hacıyev isə "Qarabağ”ın oyunçularına qoşulub futbol oynayır...

***


Bəli, 27 il 4 ay sonra davam edən işğal artıq başa çatıb.  Ağdam yenidən bizimdir. Bu dəfə əbədi olaraq. Bir daha heç vaxt itirməyəcəyimiz əminliyi və daha gözəl, daha qüdrətli yeni Ağdamın qurulacağı inamı ilə...
 
Aydın Bağırov, Qol.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X