"Neftçi" klubunun qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klub TV-si məlumat yayıb.
Xəbərə görə, təcrübəli mütəxəssisin test nəticəsi müsbət çıxıb. Ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.
Kollektiv bu gün növbəti dəfə koronavirus testindən keçəcək.
Daha əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol