15:09 04.12.2020 1960

"Xocalı komandası müharibə gedə-gedə liqada çıxış edib" - ARAŞDIRMA

30 illik Qarabağ münaqişəsinə, rayonlarımızda erməni işğalına son verildikdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 

Bu ərazilərdə yaşayış bərpa edildikdən sonra hər sahədə olduğu kimi futbol sahəsində də canlanma olacaq. 

AFFA hələ noyabrın əvvəlində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandaların 2021/2022 mövsümündən Region Liqası turnirində iştirak edəcəyini, həmçinin, həmin klubların federasiyanın təşəbbüsü ilə yaradılacağı ilə bağlı bəyanant yayıb. 

Ancaq bugünkü mövzumuz gələcək yox, keçmişlə bağlıdır. Fanat.Az işğalaqədərki dövrdə Qarabağ bölgəsində futbolun hansı səviyyədə inkişaf etdiyini, rayonları təmsil edən hansı klubların olduğunu araşdırıb. 

Aydın məsələdir ki, həmin dönəmdə medianin bugünkü kimi yüksək imkanları olmadığı üçün arxivi araşdıranda ətraflı məlumata rast gəlmək olmur. Ona görə də bu məsələdə futbol ictimaiyyətinin tanınmış simalarının köməyindən faydalandıq. 
 


Tanınmış futbol mütəxəssisi, sabiq FİFA referisi Tahir Süleymanovu dinləyək: "1988-ci ildən vəziyyət gərginləşməyə, müharibə alovlanmağa başladı. SSRİ dönəmində İttifaq yarışlarından əlavə daimi Azərbaycan çempionatları keçirilirdi, I və ll liqalar. Birinci dəstənin qalibi, Azərbaycan çempionu, ölkəni SSRİ çempionatının ll liqasında təmsil etmək hüququ qazanırdı. Vaxtilə Qarabağ bölgəsindən iki komanda bu uğura imza atıb: "Qarabağ" Xankəndi və "Qarabağ" Ağdam. Ümumilikdə isə bütün rayonların komandaları liqalar və zona yarışlarında təmsil olunurdular. Müharibənin qızğın çağında belə, "Ərgünəş" Füzuli, "Xudafərin" Cəbrayıl komandaları Azərbaycan çempionatının l  dəstəsində təmsil olunurdular. Top-tüfəng altında, dolu tribunalar önündə Ağdam, Füzüli, Cəbrayıl stadionlarında oyunlar keçirilirdi. Liqalardan əlavə lll liqa əvəzi zona yarışları keçirilirdi. Qaliblər final mərhələsində ll liqaya vəsiqə uğrunda mübarizə aparırdılar. Bu yarışlarda işğaldan azad edilmiş bütün rayonlarımız, Zəngilan, Kəlbəcər, Qubadlı, Laçın iştirak edirdilər. Hətta Xocalı komandası belə müharibə gedə-gedə liqada çıxış edib. Uşaq yarışları da öz yerində. Müstəqil işlərimizdə, işğaldan sonra rayonlarımız müxtəlif komanda adları ilə yarışlarda çıxış ediblər. "Həkəri" və sair".
 


Hələ illər əvvəl özü də bu mövzu araşdırdığını deyən idman jurnalisti Anar Xanlarov isə bunları söylədi: "Peşəkar səviyyədə 3 komanda olub - "Qarabağ" Ağdam, "Qarabağ" Xankəndi, bir də "Xudafərin" Cəbrayıl. Hansı ki, minimum ölkə çempionatında oynayıblar. Cəbrayılın "Böyük Mərcanlı" komandası 1992-ci ildə I dəstədə də çıxış edib, amma 7 turdan sonra müharibə səbəbindən çıxışını dayandırıb. Füzulidə "Tufan", Zəngilanda "Sünbül" adlı Respublika səviyyəli həvəskar komandalar olub. Qubadlıda "Həkəri" komandası olub. İşğaLdan sonra həm Həvəskarlar Liqasında, həm də I Divizionda çıxış edib. Mən özüm Həvəskarlar Liqasında oynayanda, o komandada oynamışam və 2003-cü ildə ölkə çempionu olmuşuq".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb. Bildirilir ki, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında ümumilikdə 37 idman qurğusu və ayrı-ayrı kəndlərdə 146 idman meydançası dağıdılıb. Siyahıda Səməd Vurğun adına Zəngilan şəhər stadionu, Ağdamın "İmarət" stadionu, Qubadlı şəhər stadionu, Kəlbəcər şəhər stadionu, Şuşa şəhər stadionu və Laçın şəhər stadionu da yer alıb. 

Röya Kərimli


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X