14:24 15.12.2020 2721

14 yaşında hakimlik edən Röya: “Məni stadiona buraxmırdılar ki, qız uşağısan” - MÜSAHİBƏ

Fanat.Az-ın əməkdaşı Röya Kərimlinin Lent.az saytına müsahibəsi
 
"Mən futbola gələn vaxtlarda rayonda stadiona xanımlar getməzdi, mental düşüncüləri özünüz bilirsiz də, bu haqda danışmağa dəyməz. Qız kişilərin arasında olmamalıdır, nə bilim nə”.

Röya Kərimli deyir bunları. O Röya ki, bir vaxtlar yaşıl meydançalarda hakimlik edib. Bu gün isə oraya jurnalist fəaliyyətini yerinə yetirmək üçün üz tutur. Söhbətin kimdən getdiyini azərbaycanlı futbolsevərlər yaxşı bilir. Söhbətimiz zamanı Röya xanım, futbola sevgisinə görə yaşadığı çətinliklərdən danışdı.

- 2002-ci il Cənubi Koreya və Yaponiyada keçirilən Dünya Çempionatını izlədikdən sonra futbola marağım yarandı. Yay tətili olduğu üçün nənəmgildə qalırdım. Anamın dayısı rayon xəstəxanasında işləyirdi. Nənəmgilin evi xəstəxanaya yaxın idi deyə, o, bəzi oyunları gəlib bizdə izləyirdi. Elə onunla birgə biz də oturub futbola baxırdıq. Onda cəmi 11 yaşım vardı. Bəlkə də o yaşa kimi həyəcan duyğusunun nə olduğunu bilmirdim. Türkiyə millisinin Braziliya ilə oyununda həyatımda ilk dəfə həyəcan yaşamışdım. Hətta sonda nə qədər ağlamışdım…

Üstündən 2 il keçdikdən sonra da Yevlağın "Karvan" klubu yarandı. Bu kluba olan sevgim barədə bilməyən yoxdur. Əvvəlki müsahibələr, yazılarımda da bu haqda o qədər yazmışam ki, təkrarçılıq olmasın deyə çox uzun danışmaq istəmirəm. Mənim üçün futbol "Karvan"dır, mənim üçün sevgi, eşq, sədaqət, həyəcan "Karvan"dır. Özü artıq olmasa belə...
 


- Uşaqlıq arzunuz nə idi? Bildiyim qədərilə iqtisadiyyat üzrə təhsil almısınız, lakin heç vaxt bu sahədə işləməmisiniz. Futbolda hakim olma qərarını necə verdiniz? Mətbuata gəlişiniz necə oldu ?

- Uşaqlıqdan nə arzu etmişəmsə, onun ardından getmişəm. "Karvan" yarandıqdan sonra klubun uşaq komandaları da fəaliyyətə başladı. Ancaq təəssüflər olsun ki, həmin vaxtlar bölgələrdə qızlardan ibarət komandalar yox idi. Həmin illərdə ancaq Bakı və Sumqayıtda belə komandalar vardı. Ancaq "Karvan"ın fərqli yaş qruplarında məşq edən sinif yoldaşlarımı, qohum-qonşu uşaqlarını görəndə mən də futbolçu olmaq istəyirdim. Ancaq alınası bir şey deyildi. 13-14 yaşım olardı və anam biraz narin böyütmüşdü məni. Əslində tamam başqa mühitdə böyüyən uşaq idim, musiqi məktəbində fortepiano üzrə təhsil alırdım, rəsm və tikişlə məşğul olurdum, dərsdən sonra şahmat məktəbinə gedirdim. Birdən-birə zərif bir qızcığaz idmana maraq saldı və özüm də dərk edirdim ki, yaşıma və ondakı şəraitə görə futbolçu olmağım mümkün deyildi. Bİr gün TV-də futbol izləyərkən xanım hakim gördüm və mənə çox maraqlı gəldi. Valideynlərimə deyəndə buna etiraz etmədilər və araşdırmadan sonra Mingəçevirdə Rövşən Əhmədov adlı hakim olduğunu, ona müraciət etmək lazım olduğunu öyrəndilər. Valideynlərim Rövşən müəllimlə görüşüb məsələni ona deyəndə çox məmnun olmuşdu. Çünki həmin illərdə Azərbaycanda cəmi 2 xanım hakim vardı. Bakıda Venera Muradova və bacısı bu işlə məşğul olurdu. Rayonlardan isə, heç kim yox idi. Beləliklə, 2005-ci ildə 14 yaşım olanda Mingəçevirdə qaçışdan imtahan verdim və Rövşən müəllim məni qəbul etdi. Mətbuata marağım da elə o vaxtlardan vardı. "Futbol+" qəzetinin daimi oxucusu idi. Hətta 8-ci sinifdə bir dəftər tutmuşdum. "Karvan"ın oyunlarında qeydlər aparırdım, sonra qəzetdə oxuyub öyrəndiklərimdən ilhamlanıb oyunların təhlilini yazırdım. İqtisadiyyata gəlincə isə, bu anamın istəyi ilə oldu. İdman akademiyasına qəbul olduqdan sonra, anam dedi ki, ixtisası dəyişək. Ancaq heç vaxt bu sahə üzrə işləməmişəm, elə fikrim də yoxdur.
 


- Hansı çətinliklərlə üzləşdiniz? Futbolda hakim olmaq çətindir, yoxsa onu kənardan izləyib bu barədə yazmaq?

- Bir çox idmançı, azarkeş xanımlarla müsahibələrimdə çox faizi ailədən narazılıq olduğunu deyiblər. Ancaq mənim heç vaxt belə bir problemim olmayıb. Ailəm həmişə mənə dəstək olub. İmtahanlara, oyunlara özləri məni aparardılar. Rayonlara da getmişəm, oyunlardan gecə də qayıtmışam, heç bir narazılıq olmayıb. Çünki bilirlər ki, bu, mənim işimdir və mən işimi görəndə xoşbəxt oluram. Onlar üçün ən mühüm şey mənim xoşbəxt olmağımdır. Həmişə hər yerdə demişəm, bu həyatda ən böyük şansım məni çox sevən, ancaq və ancaq mənim xoşbəxt olmağımı düşünən ailəmin olmasıdır. Nə qərar vermişəmsə, dəstək olub arxa durublar. Dediyim kimi, mən futbola gələn vaxtlarda rayonda stadiona xanımlar getməzdi, mental düşüncüləri özünüz bilirsiz də, bu haqda danışmağa dəyməz. Qız kişilərin arasında olmamalıdır, nəyə lazımdır, falan filan. Hətta "Karvan" stadionunda belə mənə bilet satmamışdılar ki, xanımlara giriş qadağandır. Onda da "Futbol+" qəzetinin redaksiyasına zəng edib Yevlax stadionunda qızları stadiona buraxmırlar deyə məlumat vermişdim. Dəyərli idman jurnalistimiz Kənan Məstəliyevlə danışmışdım bu məsələ ilə bağlı.

Sonradan hər şey yoluna düşdü, hətta "Karvan"ın aşağı yaş qrupları ilə məşq edirdim, məşqçilər ikitərəfli oyun aparırdı, mən də hakimlik edib öyrənirdim. Sadəcə sonradan gözümlə bağlı problem yarandı, zəiflik olduğu üçün artıq meydanı yaxşı görə bilmirdim. Linzadan istifadə edəndə isə, gözüm ağrıyırdı. 2012-ci ilin may ayından sonra isə həmkarım İlkin Vidadioğlu sayəsində uşaqlıqdan marağında olduğum idman mətbuatına gəldim. Və sonradan da gördüm ki, ruhuma, xasiyyətimə uyğun olan peşə budur. Yazmağı çox sevirəm. Adi həyatda da fikirlərimi danışaraq yox, yazaraq daha yaxşı çatdırıram. Sevdiyim sahədən (futbol) yazmaq (jurnalistika) ikiqat xoşbəxtlikdir mənim üçün. İnsanin xoşbəxt olması üçün də ən vacib amil sevdiyi peşə ilə məşğul olmaqdır. Amma işini vicdanla görmək şərtilə.

- Yazılarınızda daha çox ölkə futbolunu tənqid edirsiniz. Bir az da bu barədə danışaq.

- Bizim futbolun tərif ediləcək tərəfi var? Başdan-ayağa əsəbdi. Amma son zamanlar daha fikir vermirəm. Bəlkə də əsəbləşirəm, amma zarafata salıram. Niyə? Çünki öz bildiklərini edirlər, bizə də qalan əsəb,stres olur.

Bir ara bu məsələnin üstünə çox düşdüm. Ölkənin hər bir sahəsindən tanıdığımız, futbolu sevən şəxslərlə müsahibələr edirdim və onların da bərbad gündə olan futbolumuz haqda fikirlərini işıqlandırırdım. Niyə? Çünki düşünürdüm ki, futbolu bərbad günə salan insanların nə qədər çox üstünə getsək, hadi idman ictimaiyyətini saymırlar, bəlkə ümumi, hərtərəfli qınaq olsa, insafa gələrlər. Artıq iş rejimini aşmışdım, gecə-gündüz ancaq bunu düşünürdüm, kimi danışdırım, kimə müraciət edim. Amma gördüm yox e, heç bir faydası yoxdur. Qurban sizə, tək əldən çıxmır. Bu gün ölkə futbolunda baş verən iyrənclikləri açıq-aşkar deyən yazan çox az adam qalıb. Bir çoxu isə, nə isə... Yəni, deyəcəyim odur ki, 3-5 nəfərlə nəyisə dəyişmək olmur. Ondan sonra biraz özümü sakitləşdirdim, öz əsəblərim, öz sağlamlığım üçün. Çünki mən ölkə futbolu barədə sırf maraqdan, ya da iş xatirinə yazmamışam. Azərbaycan futbolunun həyatımda rolu başqadır. Mənim uşaqlığım, həyatım burada keçib. Camaat qohum-qonşu arasında böyüyəndə, mən futbol adamlarının arasında böyümüşəm, bir çoxu mənə ən yaxın qohum kimidir. Ən gözəl günlərim ölkə çempionatında 16-18 klub olan vaxtlarda olur. "Karvan", "Xəzər Lənkəran", "Bakı" və bir çox klubların oyunlarına istər azarkeş, istər hakim (aşağı yaş qruplarının oyunlarına), istərsə də jurnalist kimi getdiyim  illər həyatımın ən möhtəşəm vaxtları idi. Gözünü açıb futbolda böyüyən insanlar üçün futbol camiəsi ailən olur və ailənin məhv olmasına, haqsızlığa uğramasına göz yuma bilmirsən. Ən pisi də nəyəsə gücünün çatmamasıdır.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X