16:40 01.02.2021 1118

Rəşad Sadıqov: "Onu yerli çempionatda yerinə yetirmək mənasızdır"

"Belə bir qol vəziyyətinin dünyada yaranma tarixini tam deyə bilmərəm. Bunu "ev tapşırığı" adlandırardım. Bildiyim qədərilə Vaqif Sadıqovun düşündüyü taktikadır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycansayağı künc zərbəsindən qolların ən çox müəllifi olan Rəşad Sadıqov deyib.

Hazırda "Zirə" klubunun baş məşqçisi olan 39 yaşlı mütəxəssis bildirib ki, baş məşqçilər bəzi ev tapşırıqlarını düşünərək, standart vəziyyətlər üçün hansısa hazırlıq görürlər. Lakin onun fikrincə, bu taktikaların heç də hamısı effektiv olmur, qarşısı asanlıqla alınır: "Bu, yeganə kompozisiya idi ki, Azərbaycanın həm klublarına, həm də millisinə çox xeyri və faydası dəyib. Mən gənc yaşlarımdan eşidirdim ki, bu taktikanın adı "bir"dir. "Bir" deyən kimi hamı bilirdi ki, iki nəfər topu buraxacaq, üçüncüsü isə qapıya zərbə endirəcək. Son zərbəni mənim endirməyimə səbəb o idi ki, gənc yaşlarımdan ayaqiçi zərbələri xoşlayıram. Elə olurdu ki, məşqçilər etimad göstərirdi, biz də ən yaxşı formada yerinə yetirməyə çalışırdıq. Bəzən də bu ev tapşırığından sonra önəmli qollara imza ata bilmişik".

Gənc mütəxəssisin sözlərinə görə, xaricdə iştirak etdiyi məşqçi kurslarında bu taktika haqqında söhbət olmasa da, ümumi müzakirələrdə standart vəziyyətlərdən istifadədən danışılır: "Sırf bu künc zərbəsi barədə danışmamışıq. Lakin son illər qarşıma çıxıb ki, bəzi beynəlxalq çempionatlarda da belə qol vəziyyətindən istifadə edilib. Daim bundan yararlanmaq olmur, çünki 1-2 dəfə istifadə edəndə rəqiblər əks-cavab kimi hazırlaşır. Biz "Qarabağ"da və millidə bu taktikanı daim istifadə etmirdik. Elədiyimiz ölkəyə və kluba qarşı ikinci dəfə sınamırdıq. Bizi yaxşı tanımayan komandalara qarşı istifadə edirdik. Üstündən bir müddət keçirdi, saxlayırdıq və çox vacib məqamlarda yararlanırdıq. Hesabda irəli olanda etmirdik. Futbolçular, məşqçilər olaraq, onu düşünülmüş şəkildə hər zaman əlimizdə saxlayırdıq. Çətin məqamlarda çalışırdıq ki, istifadə edək. Bəzi hallarda çox xeyirimizə olub və qollar vurmuşuq".

Sadıqov Azərbaycansayağı künc zərbəsindən Premyer Liqada istifadə edilməməsinin səbəbini də açıqlayıb: "Hamı bu kombinasiyanı bilir. Artıq birinci oyunçu topu buraxanda ikinci futbolçu onu "oxuyur". Hər hansı komanda tamamilə yeni gəlmiş legionerlərdən ibarət olsaydı, etmək olardı. Bu gün bir çox yerli futbolçu bunu əzbərdən bilir, bəzi legionerlər isə şahidi olub. Ona görə də hazırda onu yerli çempionatda yerinə yetirmək mənasızdır, alınacağı da sual altındadır".

Qeyd edək ki, Rəşad Sadıqov "Neftçi"də ikən UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab matçında Avstriyanın "Rid" klubuna bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilmiş görüşün ilk hissəsində künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstriyalıları məyus edib.

2008-ci ildə UEFA İntertoto Kubokunda "Neftçi" Slovakiya təmsilçisi "Nitra" ilə qarşılaşıb. Bakıda keçirilmiş ilk oyunda "Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Sadıqov vurub.

Azərbaycansayağı künc zərbəsindən ən yaddaqalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində milli komanda DÇ-2012-in seçmə mərhələsində Türkiyə yığmasına qalib gəlməyi bacarıb - 1:0. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilmiş görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topu kapitana buraxıb. Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salıb.

"Zirə"nin hazırkı baş məşqçisi "Qarabağ"ın kapitanı olduğu vaxt da Avropa Liqasında Azərbaycansayağı künc zərbəsini qolla tamamlayıb. O, 25 avqust 2016-cı ildə Bakıda İsveçin "Göteborq” klubunun qapısına yol tapıb.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası isə...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

14:50

"Turan Tovuz" sabiq "Konyaspor"lunun keçidini rəsmən açıqladı

14:46

"Bu mərhələdə səhv etmək olmaz" - Ağasəlim Mircavadov "Qarabağ"a inanır

14:14

"Araz-Naxçıvan" futbolçusu ilə yollarını ayırdı

14:07

“Qarabağ” Akademiyasında yeni təyinatlar bilindi

13:49

Leau ilə anlaşan "Qalatasaray" indi də bu futbolçunu istəyir

13:31

Samir Əliyev "Qarabağ" - "Dinamo" mübarizəsindən nə gözləyir?

13:12

Cəfərov Avropa Liqasına təyinat aldı

12:55

"Barselona" Rodrini "Real"a keçmək fikrindən daşındırdı - SON DURUM

12:37

Qavi dünya çempionatında verdiyi sözü tutdu - FOTO

12:19

"Sabah" bu cütün qalibi ola bilər" - Aslan Kərimov

12:00

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

11:42

KL: Polşada azərbaycanlıların sınaq günü - "Qarabağ" ukraynalılara, Mahir Emreli isveçlilərə qarşı

11:23

Messi qollarının sayını artırdı

11:04

Premyer Liqa klubu 2 futbolçusunu əvəzedici heyətə göndərdi

10:30

AL: "Beşiktaş"ın səfər sınağı, Murad Məmmədovun komandası "Zalsburq"la üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X