14:29 02.02.2021 2106

Tanınmış hakim: “Ermənilər oranı vurmazdan 2-3 saat əvvəl çıxmışdıq” - VİDEO

Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində incəsənət sahəsindən tutmuş idmana qədər bütün vətəndaşlar səfərbər oldu. Döyüşlərdə iştirak edənlərdən biri də Azərbaycan Premyer Liqasında hakimlik edən Kamal Umudludur. 

"Qafqazinfo” 25 yaşlı referi ilə görüşərək onun müharibə xatirələrini dinləyib. 

Məlum olub ki, Kamal müharibə başladıqdan 3 gün sonra cəbhə bölgəsinə yollanıb. O, yaxın dostları müharibəyə yollandıqdan sonra hərbi komissarlığa zəng etdiyini və döyüşlərə yollanmaq istədiyini bildirib. Torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı döyüşlərə gedən artilleriyaçı, gənc hakim yaxınlıqlarına düşən artilleriya mərmisindən sonra əsl müharibəni hiss etdiyini deyir: "Yaxın dostlarım artıq döyüşlərə qoşulmuşdu. Özümə yer tapa bilmirdim. Sentyabrın 30-da hərbi komissarlığa zəng elədim və cəbhəyə yollanmaq istədiyimi bildirdim. Evdəkilərə də deyirdim ki, mən getmək istəyirəm, özümü burada narahat hiss edirəm. Sentyabrın 30-da hərbi komissarlığa yollandım və yola düşdük. İlk olaraq Goranboy rayonunda Ballıqaya deyilən yerə getdik. Demək olar ki, bütün atəş səsləri yaxınlıqda eşidilirdi. Goranboyda bir gün qalıb Bərdəyə yollandıq və orada ilk dəfə yaxınlığımıza artilleriya mərmisi düşdü. O zaman müharibənin içində olduğumuzu hiss etdik”.

 
 
Umudlunun sözlərinə görə, Bərdədəki İdman Olimpiya Kompleksində məskunlaşsalar da, ermənilərin raket hücumu zamanı oranı tərk etməli olublar: "Bildiyiniz kimi, ermənilər həmin kompleksi vurmuşdular. Biz isə həmin hücumdan bir neçə saat qabaq oranı tərk etmişdik. Əgər 2 və ya 3 saat geciksəydik, o zaman aramızda çoxlu şəhidlər ola bilərdi”.

Hakim müharibədən qayıtdıqdan sonra artıq həm də bir müharibə iştirakçısı kimi əsl işinin başına qayıdıb. İlk işi "Səbail” - "Neftçi” matçını idarə etmək olub. Həmin qarşılaşmadan öncə isə futbolçular və hakim yoldaşları onun üçün qələbə dəhlizi yaradıb: "Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovla danışanda mənə dedi ki, sabah oyundan qabaq tədbir olacaq. Pandemiya dönəmində biz əvvəlcə meydana futbolçuları göndəririk, sonra hakimlər briqadası olaraq stadiona ayaq basırıq. Elgiz mənə dedi ki, sən əvvəlcə futbolçuları, sonra hakimlər briqadasını göndər, ən sonda özün tək meydana çıxarsan. Soruşdum ki, reqlamentdə dəyişiklik var? Dedi ki, yox, çalışacam özüm də ora gəlim. Özü də yanımda idi və dedim ki, niyə biz meydana gec çıxırıq? Dəhlizi göstərib dedi ki, bu dəhliz sənin üçün qurulub. Alqışlar altında tuneldən keçəcəyimi bildirdi. Həmin dəhlizdən keçəndə çox fərqli hisslər yaşayırdım, gözləmədiyim bir şey... Hər kəsə təşəkkür edirəm. Dəhlizin sonunda hiss etdim ki, gözüm yaşardı. Görüntülərdə də var ki, başımı aşağı salmışam”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X