15:03 05.06.2021 951

"Baku Sportinq"in təşəbbüsü ilə turnir keçirilir - FOTOLAR

Dünən "Ruslan 93" idman kompleksində 10-11 yaşlı futbolçular arasında "VTB Bank Azərbaycan" turnirinin açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam edəcək.

Tədbirdə ilk olaraq "Baku Sportinq"in icraçı-direktoru, millimizin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov çıxış edib.

Nadirov jurnalistlərə turnirin əhəmiyyətindən və gələcək hədəflərindən danışıb: "Bu, bizim ilk belə turnirdir. Gələcəkdə daha böyük yarışlar təşkil etməkdə maraqlıyıq. Məqsədimiz Azərbaycan futbolunun inkişafına yardımçı olmaqdır. Uşaqlarla çalışmaq xüsusi məsuliyyət tələb edən, özünəməxsus çətinlikləri olan və eyni zamanda, maraqlı bir işdir. Belə turnirlərin sayı nə qədər çox olsa, azyaşlılar üçün o qədər faydalı olar. İstəyirik ki, "Baku Sportinq" olaraq bütün yarışlarda qatılaq. İstər AFFA bayrağı, istərsə də beynəlxalq turnirlərdə mübarizə aparmaq arzumuz var. "Baku Sportinq" olaraq uşaq futbolunu inkişaf etdirək. Yeni mövsümdən Azərbaycan çempionatında 4 komandamız çıxış edəcək”.

Tədbirdə futbolumuzun veteranlarından Ağasəlim Mircavadov, Asim Xudiyev, Fərrux İsmayılov ürək sözlərini bildirib, gənc futbolçulara uğurlar arzulayıblar. Millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın çıxışı da valideynlər, dəvətli qonaqlar və meydana düzülən komandaların 10-11 yaşlı üzvləri tərəfindən böyük maraqla qarşılanıb. 

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tanınmış skripka ifaçısı Səlim Abbasovun və milli rəqs qruplarının rəng qatdığı bədii hissənin ardından xalça sahədə püşkatmaya uyğun olaraq 1-ci qrupun iki oyunu baş tutub.

Öncə "Sumqayıt" "Təkin"i 3:0 hesabıyla yenib. Ardından hər hissəsi 15 dəqiqə olan ikinci qarşılaşma reallaşıb. İkinci görüşdə "Sabah" "Təkin"in qapısından 8 cavabsız top keçirib.

Reqlamentə görə, iştirakçılar hərəsi 3 komandadan ibarət 2 qrupda mübarizə aparır. Liderlər finalda üz-üzə gələcəksə, qrup ikinciləri 3-cü yerin sahibini müəyyənləşdirəcək.

Turnir "Baku Sportinq"in təşəbbüsü, Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi ilə keçirilir.

Atilla
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X