18:21 06.07.2021 1011

Tsxadadze: “Neftçi”nin zəif cəhətlərindən yararlanmağa çalışacağıq

Gürcüstanın "Dinamo” (Tiflis) klubunun baş məşqçisi Kaxaber Sxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim var. Bu müddətdə gözəl vaxt keçirdiyimdən, indi isə sizinlə yenidən bir arada olmaqdan çox məmnunam. Qarşıdakı matç hər iki klub üçün çox vacibdir. İstənilən uğur komandamız üçün öməmlidir. "Neftçi"ni çox yaxşı tanıyıram. Rəqibin oturuşmuş heyəti var. Biz isə onların üstünlüklərinin qarşısını almağa və zəif tərəflərindən yararlanmağa çalışacağıq".
 
O, Bakı "İnter"ində (indiki "Keşlə”) baş məşqçi olduğu dövrlə indiki arasında müqayisə aparıb: "Azərbaycanda çalışdığım dövrdə çempionatın səviyyəsi yüksək idi, 4-5 klub qızıl medallar uğrunda mübarizə aparırdı. "Qarabağ"ın hegemonluğuna son qoyan "Neftçi" illərdir apardığı mübarizəni çempionluqla tamamladı. Artıq 6 ildir Azərbaycanda çalışmıram. Bu müddətdə "Neftçi"də xeyli dəyişiklik baş verib. İndiki məqamda hər hansı üstünlükdən danışmaq tezdir. Rəqibin oyunu "Dinamo"nun üslubuna çox bənzəyir. Onlar da 3 mərkəz müdafiəçisindən yararlanırlar. Həmçinin, cinah oyunçuları çox güclüdürlər".
 
Tsxadadze komandadakı bütün gənclərə şərait yaradılmasının vacibliyini dilə gətirib. O, hazırda yeni transferlər üzərində düşündüklərini, amma maddi sıxıntılar səbəbindən çətinlik çəkdiklərini vurğulayıb: "Komandada bəziləri məni bəyənmir, amma bu, heç nəyi dəyişmir. Bu görüş öncəsi çempionat qarşılaşmamızın təxirə salınmasını istəyirdik. Təəssüf ki, Gürcüstan Futbol Federasiyası buna razılıq vermədi. Hər dörd gündən bir oyunun keçirilməsi problem deyil. Sadəcə, komandaya qoşulduğum bir ay ərzində cəmi 6 oyun keçirmişik. Bu da bir baş məşqçi üçün çox azdır. Belə bir məqamda sıx qrafiklə çalışmaq müəyyən çətinliklər yaradır".
 
"Dinamo"nun baş məşqçisi "Neftçi"də onun rəhbərliyi altında oynamış hazırkı rəqib həmkarı Samir Abasov, eləcə də Voyislav Stankoviç və Sezar Meza Kolli barədə də fikirlərini bölüşüb: "Onları çox yaxşı tanıyıram. Abasovun "Neftçi"nin çempionluğunda böyük haqqı var. Onun gəlişi bu çempionluqda xüsusi rol oynadı. O, qoşulanadək bu komandanın "Qarabağ"la rəqabətdə heç bir şansı yox idi. Stankoviç aparıcı futbolçudur, bizim dövrümüzdə komandamıza qoşulmuşdu. Liderliyi "Neftçi"yə keçidində rol oynadı. Sezar Meza Kollinin təcrübəsi sabahkı oyunda öz təsirini göstərəcək. Mənim onunla heç bir problemim olmayıb. Futbolçunun özünün belə bir fikir səsləndirməsindən xəbərim yoxdur”.
 
Mənbə: report
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

Facebookdan bizi izləməyi unutmayın.
X