20:02 06.07.2021 960

"Yalan danışmıram, üstümüzdə gərginlik var" - Samir Abasov

"Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın Tiflis "Dinamo”suna qarşı sabah keçirəcəkləri ilk oyunu dəyərləndirib.
 
Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı bu gün Tiflisdə baş tutan mətbuat konfransında həm görüş barədə düşündüklərini açıqlayıb, həm də media mənsublarının ünvanladığı sualları cavablandırıb:
 
"Uzun müddətdən sonra Azərbaycanı belə bir turnirdə təmsil etmək həddindən artıq qürurverirci hissdir və şərəfdir. Yalan danışmıram, oyundan əvvəl üstümüzdə bir qədər gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Bəzi futbolçularımız bu cür səviyyəli yarışlarda ümumiyyətlə iştirak etməyiblər. Amma hesab edirəm ki, sabah oyun zamanı hər şey yaddan çıxacaq. Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.
 
Problemlərimiz şişirtmək istəmirəm. "Dinamo"nun bəzi üstünlükləri var. Rəqib hazırda Gürcüstan çempionatında çıxış edir, müəyyən taktiki üstünlükləri var. Biz isə yaxşı təlim-məşq toplanışı keçmişik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Oyunun nə qədər gərgin keçəcəyi məlumdur. Rəqibin köklü klub olduğu bir yana, Kaxaber Tsxadadzenin gəlişindən sonra "Dinamo" çempionluq uğrunda mübarizədə özünü yaxşı tərəfdən göstərməyə başlayıb. Rəqibin necə oynayacağı bizə hələ aydın deyil. Bizi doğrudan da çox ağır oyun gözləyir. Sxadadzeni çox yaxşı tanıyır və işlədiyi komandaların nəyə qadir olduqlarını bilirəm. Ən azı ona görə ki, onun rəhbərliyi altında oynamışam".
 
Abasov indidən əsas heyət barədə danışmağın tez olduğunu söyləyib: "Heyəti 90-95 faiz beynimizdə müəyyənləşdirmişik. Cəmi 3 yoldaşlıq görüşü keçirmişik. Bunlara əsasən, rəqibə qarşı nə isə düşünmək çətindir. Bununla belə, keçirdiyim hisslər möhtəşəmdir. Belə mötəbər turnirdə iştirak etmək mənim üçün fəxrdir".
 
"Neftçi”nin baş məşqçisi sabiq çalışdırıcısı Ssxadadzenin onun barədə dediyi xoş sözlərə də reaksiya verib: "Sxadadze kimi işlədiyimi demək çətindir. İşlədiyim baş məşqçilərdən nə isə öyrənib-götürməyə çalışıram. Onların arasında Sxadadzenin yeri xüsusidir. Bu baş məşqçinin işindən nələrisə götürüb tətbiq etməyə çalışacağam".
 
Baş məşqçi uzun müddətdən sonra Çempionlar Liqasında çıxış etməyin məsuliyyətini yaxşı anladıqlarını da dilə gətirib. Onun fikrincə, həddindən artıq istəkli olmaq "yanmağ"a gətirib çıxarır: "Hər bir komandanın öz çətinliyi var. Rəqibin baş məşqçisi çox oyundan şikayət edir. Mən isə oyun azlığından əziyyət çəkdiyimizi deyərdim. Bizdən asılı olmayan məsələ danışıqlar apardığımız oyunçuları hələ heyətimizə qata bilməməyimizdir. İki oyunun nəticəsinə əsasən mərhələ keçmək mümkündür. Bu görüşlərdə komandanın çıxışlarını izləyərək fikir yürüdürük. Bu cür yol bizi səhv istiqamətə apara bilər. Bu cür turnirlərdə xarakter ortaya qoymaq vacibdir və sınaqdan üzüağ çıxacağımıza inanıram".
 
"Neftçi"nin baş məşqçisi "Dinamo"nun çox kompakt olduğunu və durmadan uzun müddət qaçmağa, kollektiv oynamağa qadir olduğunu söyləyib: "Rəqibin güclü və zəif tərəflərini açıqlamaq istəmirəm. Amma güclü tərəflərinin qarşısını almağa, zəif cəhətlərindən isə yararlanmağa çalışacağıq".
 
Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına stadionda görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Mənbə: report
 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

Facebookdan bizi izləməyi unutmayın.
X