"Səbail" futbol klubunda koronavirusa yoluxma qeydə alınıb.
Fanat.Az xəbər verir ki, "dənizçilər"in əsas komandasının administratoru Elvin Həşimovun testi müsbət nəticələnib.
O, bu səbəbdən karantinə alınıb. Klubdakı digər şəxslərin testi mənfi çıxıb.
Qeyd edək ki, "Səbail" bu gün Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. (Report.az)