19:00 16.10.2021 793

Sənan Qurbanov: "Məğlubiyyətlər komandada xarakter formalaşdırdı"

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Keşlə" səfərdə "Səbail"in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. 

Oyundan sonra keçirilən, Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi mətbuat konfransında Sənan Qurbanov "Keşlə"nin qələbəsini dəyərləndirib. 

"Bu oyuna hazırlaşmışdıq. Millinin oyunlarına görə çempionatda yaranan fasilədən yaxşı istifadə etdik. Həm psixoloji, həm də emosional cəhətdən bizə lazım olan məqamlara diqqət yetirdik. Buna qədər həm "Qarabağ", həm "Sabah"la oyunlarda xarakter göstərməyimiz bizi sevindirdi. Futbolçulara bunu çatdırdıq. Xarakter formalaşdırmaq elə də asan deyil. Bəlkə də, bu məğlubiyyətlər komandada belə bir xarakter yaratdı. Futbolçularımı təbrik edirəm. "Səbail"lə bu meydançada oynamaq asan deyildi. Hər iki komanda üçün çox çətin olacağını bilirdik. Oyuna gəlincə, mənə elə gəlir ki, çox maraqlı oyun alındı. "Səbail"i də təbrik edirəm.  Aftandil müəllim çox yaxşı komanda qurub. İlk dəqiqədən sona kimi hər iki komanda mübarizə apardı. Birinci hissədə daha çox qol imkanlarımız oldu. Bəlkə də dəyərləndirsəydik bizim üçün daha asan olardı. Amma bu mübarizə sona qədər davam etdi. Qələbə bizə lazım idi. Futbolçularımı təbrik edirəm".

Mütəxəssis komandasının artıq "qara zolaq"dan çıxdığını hesab edir:

"Əlbəttə, yaxşı günlər yaşamadıq. Amma bu o demək deyil ki, oyundan - oyuna nəsə dəyişəcək. Biz sadəcə olaraq yanaşmamızı dəyişməməliyik. Ən önəmlisi budur. Udsaq da, uduzsaq da... Əlbəttə ki, uduzanda yeni həftəyə neqativ halda başlayırsan. Ancaq qələbə qazandığın zaman işlədiyin plan dəyişməz olaraq qalır. Bunu da pozitiv həyata keçirməyə çalışırsan. Bu yöndə çox böyük  fərq edir. Amma heç bir halda işə yanaşmamız dəyişməməlidir. Qələbə qazanmaq, xal qazanmaq bizim məsuliyyətimizi artırır. İşə tam köklənmək mənim əsas prinsipimdir. Futbolçulara da çatdırırıq ki, həyatımızı tam təşkil edən futbol olmalıdır. Ona heç nə maneçilik törədə bilməz. İlk növbətə işə yanaşma gəlir. İşə ciddi yanaşmaq üçün isə birinci növbədə xarakter formalaşdırmaq lazımdır. Şükürlər olsun ki, bu da artıq bizdə var. 

Sənan Qurbanov Rəhman Hacıyevin iştirak ərizəsinə salınmamasının və cəzası başa çatan hücumçu Anatole Abanqın oyunun ikinci hissəsində meydana çıxmasının da səbəbini açıqladı: 

“Rəhmanın zədəsi var. “Sumqayıt”la yoxlama görüşü keçirəndə arxa əzələsində ağrılar hiss elədi. Biz də risk etmədik, onu əvəzlədik. Həkimlər onun növbəti həftədən komandaya qoşulacağını deyir. Bu gün matçın iştirak ərizəsində adının olmaması zədə ilə bağlı idi. 

Abanq komanda ilə məşqlər edir. “Sumqayıt”la yoxlama görüşündə də meydana start heyətində çıxmışdı. Sadəcə, planımız onun ikinci hissədə mübarizəyə qoşulması yönündə idi. Onu ikinci hissəyə saxlamışdıq. Bəzi detallar var ki, onları açıqlamaq olmaz. Şükürlər olsun ki, ümidlərimizi doğrultdu. Aqressiv, sürətli futbolçudur. Bilirdik ki, bu görüşdə təkbətək epizodlar çox olacaq. Xüsusən də, ikinci hissədə. Elə də oldu. Təkbətək epizodlardan üstün ayrılmaq üçün iri cüssəli futbolçuya ehtiyacımız var idi. Bu da ikinci hissədə gözləntilərimizi doğrultdu”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X