Bu gün AFFA-nın inzibatı binasında Region Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbiri AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev açıb.
Mərasimdə AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, AFFA-nın texniki departamentinin direktoru Cahangir Həsənzadə və Məşqçilər Komitəsinin üzvləri Əsgər Abdullayev, Şahin Diniyev və Ağasəlim iştirak edib.