
Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ" öz meydanında əzəli rəqibi "Neftçi" qəbul edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Azərbaycan derbisi"ndə 4:0 hesablı qalibiyyəti şərh edib.
"Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qarşı qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var. Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil".
49 yaşlı Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Çox ümid edirəm ki, bu, bir daha təkrarlanmayacaq".
Qurbanov hər oyuna ehtiyatla yanaşmalı olduqlarını söyləyib: "Konfrans Liqası elə turnir ki, kim tez səhv etsə, məğlub olacaq. Bütün klubların rəhbərliyi yaxşı nəticəyə ümid edir".