20:41 31.10.2021 1222

"Mənim kimi səbrli adam da artıq dözmür"- Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri matçı şərh edib. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Rəqibi təbrik etmək istəyirəm. Oyuna itkilərlə gəlmişdik. "Qarabağ"la matç çox ağır keçdi. Maksimum mübarizə aparmağa çalışdıq. Pis futbol oynamadıq. İlk hissədə yaxşı qol imkanlarımız oldu. Hakimin nəticəyə ciddi təsiri oldu. İlk hissədə Nikolas Rayselin epizodunda ofsayd yox idi. İkinci hissədə oyunu nəzarətə almağa çalışdıq. Höccətlə Rayselin münaqişəsində bizim futbolçuya "qırmızı", rəqibə sarı verildi. Nə üçün belə qərar oldu, anlamadım. Hakimlər belə matçlarda daha ciddi olmalıdır. Bəlkə də, "Səbail"i çox araşdırmırlar. Amma bizə qarşı çox səhvlər olur. Bilmirəm, bəlkə kimsə dayaqsız, iddiasız olanda belə edirlər? Qəbələdə uduzduğumuz oyunda mənasız vərəqələr verilir. Onsuz bizim heyətimiz kasaddır. Artıq 3-cü oyundur ki, azlıqda qalırıq. Mənim kimi səbrli adam da artıq dözmür. Bilmirəm bu səhvlər nədən irəli gəlir. Məğlub olduq, "Sumqayıt"ın qələbəsinə kölgə salmıram. Ümimiyyətlə, hakimlər bizə qarşı diqqətli olsa, yaxşı olar. Çalışacağıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq.
 
- Raysel meydanı tərk edəndən sonra hücum planında axsaqlıq oldu. Komandanın hücum planı onun üzərində qurulub?
- Heç bir komandada hücum xəttində bu qədər yerli futbolçular olmur. Keyfiyyət digər komandalara nisbətən aşağı ola bilər. Hər oyun kifayət qədər qol imkanımız oldu. "Qarabağ", "Neftçi" kimi rəqiblərlə oyunda da 5-6 qol fürsəti yaradırıq. Mən futbolçularımdan razıyam.
 
- "Qarabağ" üzərindəki qələbədən sonra futbolçuların eyforiyaya qapıldığını düşünmürsüz?
- Düşünmürəm ki, istəksiz oynadıq. Belə bir şey müşahidə etmədim. İlk qolu vuran komandanın qələbə qazanmaq şansı daha yüksək olur. Futbolçuların oyunundan narazı qala bilmərəm. Onsuz da futbolçular aşağı məvaciblə oynayır. Bu gecikəndə də artıq sıxıntılar başlayır. Artıq bunlar düzəlib. Problem tez həll olunub. Əvəzedici komanda da demək olar ki, yolpuluna oynayır.
 
- "Səbail"in durumu sizi bezdirmirmi? Daha iddialı bir komandaya keçməyi düşünmürsüz? 
- Hər kəs istəyər ki, əlində yaxşı bir heyətlə çalışsın. Bezməmişəm. Sevdiyim işi görürəm. Uzun müddətdir buradayam. Könül istər ki, şərait daha yaxşı olsun. Buna baxmayaraq, həvəsdən düşmürük. Onsuz da qarşımıza böyük hədəflər qoyulmayıb. Gələcəkdə necə olacağını bilmirəm. "Səbail" mənə ilk qapı açan klubdur. Öz xoşumla getməyi düşünmürəm. Karyeram üçün xeyirli olan nədirsə, onu etməyi düşünürəm. Hazırda bütün diqqətim "Səbail"dədir. 
 
- Meydançanın örtüyü ilə bağlı danışdız. Rəhbərlik təbii örtüklü meydançaya keçməyi düşünür? 
- Mövsümün əvvəlində rəhbərliklə danışdıq. Hazırda bu mövzu aktuallaşıb. Bəlkə, bu məsələnin həllini sürətləndirərlər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X