Futbol üzrə Azərbaycan I Divizionda IX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, iki günə sığan turun ikinci oyun günündə 2 matç baş tutub.
Lider "Qaradağ Lölbatan" və ən yaxın izləyicisi MOİK gözlənilmədən məğlubiyyətlə üzləşiblər.
24 noyabr (çərşənbə)
MOİK –“Qarabağ-2” 1:3
Qollar: Elvin Nəsibov, 65-pen. - Əli Nəcəfli, 12, Nihad Quliyev, 60-pen, Mirmövsüm CanıyevŞ 86.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Elman Kərimov, İnqilab Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 14:00 (pfl.az/canlı)
“Zaqatala” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Roini İsmayılov, 72, Əsədulla Heydərov, 90+1 - Sabir Allahquliyev, 70
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (pfl.az/canlı)
Qeyd edək ki, turun qalan oyunları dünən keçirilib: “Turan Tovuz” – “Neftçi-2” 0:1 (Əli Sadıxov, 45), “Zirə-2” –“Sumqayıt-2” 1:2 (Əli Mürsəlov, 36 - Emil Əliyev, 71, Murad Xaçayev, 85-pen.), “Sabah-2”–“Qəbələ-2” 2:1 (Kamran Quliyev, 78-pen., Həzrət İsayev, 88 - Gülağa Cabbarov, 11-pen.), “Səbail-2” –“Kəpəz” 1:4 (Xəyal Bədirov, 90 - Bəhruz Teymurov, 21, 37, Cavad Kərimov, 58, 90+8).