"Neftçi" növbəti ev oyununa - "Səbail"lə XII turdakı matça narıncı forma ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, bu təşəbbüs klubla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "United Nations in Azerbaijan" arasında əməkdaşlığa görədir.
Anlaşmaya görə, "ağ-qaralar" 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də "Sabail" ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək!