10:17 30.11.2021 663

“Neftçi” tilsimi sındırdı, “Sumqayıt”ın böhranı davam edir – Tura baxış

Razılaşmaq lazımdır ki, Azərbaycan Premyer Liqasının XII turu xeyli maraqlı keçdi.

Qış fasiləsi yaxınlaşdıqca mübarizə daha da qızışır, komandalar fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq üçün əllərindən gələni edirlər. İlk “dördlük”də yerləşən komandalar digərlərindən əhəmiyyətli dərəcədə uzaqlaşmağı bacarıblar. Görünən odur ki, autsayderlər qrupunda “Sumqayıt” “Səbail”lə “Keşlə”yə yol yoldaşlığı edəcək. “Sabah” isə potensialına uyğun nəticələr qazanmağa, mükafatçılar sırasına düşməyə çalışır. İnsafən, Murad Musayevin gəlişindən sonra məğlubiyyət üzü görməyən “Sabah” bu arzusuna çatmağa yaxındır. Masazır təmsilçisi ötən tur “Nefçi”ni səfərdə məğlub etməyi bacarmışdısa, bu dəfə “Keşlə”ni xalsız yola saldı...

“Sabah” – “Keşlə” 2:1
Qollar:
Amin Seydiyev, 4, Aleksey İsayev, 12 - Sadio Tounkara, 47

“Sabah”ın baxımlı oyuna üstünlük verməsi, ardıcıl qollar vurması təkcə öz azarkeşlərinin deyil, bitərəf futbolsevərlərin də ürəyincədir. Maraqlıdır ki, komandanın qollarını təkcə hücumçular vurmur, müdafiəçilər və yarımmüdafiəçilər də rəqibin qapı torunu silkələməyi bacarırlar. “Keşlə” ilə oyunda məhz belə oldu. Murad Musayevin gəlişiylə yeni nəfəs qazanan “Sabah” qonaqlarının xal ümidlərini artıq ilk 12 dəqiqə ərzində puç etmişdilər. Müdafiəçi Amin Seydiyev künc zərbəsindən havalanan topu başıyla qapıdan keçirəndə qarşılaşmanın 4-cü dəqiqəsiydi. Maraqlıdır ki, “Keşlə” azarkeşləri bu qarşılaşmada sevimli komandalarını tək buraxmışdılar və Masazıra gəlməmişdilər. Çətin ki, onların gəlişi “Keşlə”ni məğlubiyyətdən xilas edərdi. Çünki artıq 12-ci dəqiqədə “Keşlə” qapısından daha bir top buraxdı. Görünən o idi ki, Sənan Qurbanovun çalışdırdığı komanda meydan sahiblərindən belə start gözləmirdilər. Amin Seydiyevin fərqləndiyi epizodda məhsuldar ötürmə verən Aleksey İsayev 12-ci dəqiqədəki qolun müəllifi oldu. 

“Keşlə” ikinci hissəyə qolla başladı. Artıq 47-ci dəqiqədə Tounkara hesab arasındakı fərqi minimuma endirdi. Qonaqlar künc zərbəsindən sonra qısa ötürmələrlə “ev tapşırığı” yerinə yetirdilər və bu kombinasiyanı Sadio qolla tamamladı. Di gəl ki, qonaqların bundan artığına gücə çatmadı və onlar Masazırdan xalsız ayrıldılar. Bu qələbə sayəsində “Sabah” “Sumqayıt”dan 3 xal uzaqlaşdı və 5-ci pillədəki yerini möhkəmlətdi. Qeyd edək ki, “Sabah” son beş görüşdə uduzmayıb və bu qarşılaşmalarda 13 xal toplayıb. “Keşlə”nin isə cəmi 10 xal var və bu göstəriciyə görə turnir cədvəlində hazırda yalnız bir komandanı üstələmək mümkündür. 

“Neftçi” – “Səbail” 1:0
Qol:
Vüsal Əsgərov, 52

“Neftçi” bu qarşılaşmaya yeni formada və “Qadına qarşı zorakılığa son” şüarıyla çıxmışdı. Bu çağırış həftə ərzində xeyli müzakirə olundu və “Neftçi”nin addımı ən müxtəlif çevrələrdən dəstək gördü. Maraqlıdır ki, yeni rəng “xalq komandası” üçün düşərli oldu və üç oyun davam edən məğlubiyyət seriyası sona çatdı. Samir Abasovu və “Neftçi” azarkeşlərini sevindirən qolu Vüsal Əsgərov 52-ci dəqiqədən “Səbail”in qapısına vurdu. Bu oyuna qədər “Neftçi” ardıcıl üç görüşdə uduzmuşdu ki, bunların ikisində onun rəqibləri əzmkar qələbəyə sevinmişdilər. Yaxşı ki, bu dəfə qələbə hesabını qorumaq mümkün oldu. Bu işdə “Səbail”in həvəssiz oyunu da “ağ-qaralar”ın köməkçisi sayılmalıdır. Gözlənilirdi ki, “Neftçi” vəziyyətdən istifadə edib, hesabı artıracaq. Amma gənc Vüsal Əsgərovun Yusif Lavalın ötürməsindən sonra vurduğu qol bu qarşılaşmada yeganə oldu.

Düzdür, meydan sahiblərinin fərqlənmək üçün bir neçə dəfə şansı oldu. Kamran Ağayevin dəqiq oyunu ilə yanaşı “son nöqtə”ni qoyan futbolçunun tapılmaması bu şansların boşa verilməsiylə nəticələndi. Qazanılan 3 xal “Neftçi”nin əhval-ruhiyyəsini düzəltməklə yanaşı, komandaya yönələn tənqidləri də səngitdi. “Neftçi” bu görüşdə “Səbail”ə məğlub olsaydı, “Sabah”la xal fərqi üçə enəcəkdi. Qələbə 20 xallı “Neftçi”nin “Sabah”ı 6 xalla üstələməsinə şərait yaratdı. Aftandil Hacıyevin çalışdırdığı “Səbail” isə 9 xalla turnir cədvəlinin son pilləsindədir.

“Sumqayıt” – “Zirə” 0:3
Qollar:
Təmkin Xəlilzadə, 14-pen. Qismət Alıyev, 30, Coşqun Diniyev, 79

“Zirə” həm oyununu yaxşılaşdırıb, həm də nəticələrini. Sumqayıt səfərində üç dəfə fərqlənməyi bacaran qəsəbə təmsilçisi vacib 3 xal qazanmış oldu. “Milliləşdirilmiş” müdafiəçi Höccət Haqverdinin səbəb olduğu penaltini Təmkin Xəlilzadə qola çevirəndə görüşün 14-cü dəqiqəsi gedirdi. Maraqlıdır ki, “səbəbkar” Loris Broqnoya toxunmadığını iddia edir, hakimə rəqibin simulyasiyaya yol verdiyini deyirdi. Rauf Cabbarov isə tərəddüd etmədən “ağ nöqtə”ni göstərdi və Təmkin komandasını irəli çıxarmaq fürsətini əldən vermədi. İrəli atılan “Sumqayıt” hesabı bərabərləşdirməyə çalışsa da, daha bir dəfə məyus oldu. İlk qolda səhvə yol verən iranlı müdafiəçi bu dəfə David Volkova sürətdə uduzdu. Gürcünün verdiyi dəqiq ötürməni Qismət Alıyev qapıdan keçirdi. 

“Sumqayıt”ın iki topluq fərqi aradan qaldıracağı inandırıcı görünmürdü. Elə bu cür də oldu. Üstəlik, Coşqun Diniyev gözəl qolla hesabı daha da artırdı. Oyunu yüksək səviyyədə keçirən Diniyev rəqibin beş müdafiəçisinin əhatəsindən dəqiq zərbə vurdu. Top toru silkələyəndən sonra qapıçı Tərlan Əhmədli diz çökdü. Bu epizodu obrazlı şəkildə “Sumqayıt”ın düşdüyü duruma da bənzətmək mümkündür. Aktivində 22 xalı olan “Zirə” medallara iddiasını inamla davam etdirir. “Sumqayıt” isə 12 oyundan cəmi 11 xal toplamağı bacarıb ki, bunun da sayəsində 6-cı sıradadır. 

“Qəbələ” – “Qarabağ” 0:0

Bu tur lider “Qarabağ” Qəbələ səfərində büdrədi. 4 gün əvvəl “Omoniya” ilə ağır oyun keçirən “Qarabağ” üçün asan olmayacağı gözlənilən idi. Qurban Qurbanov səfərə bütün aparıcı futbolçularını aparmış və start heyətdə cəmi üç dəyişikliyə əl atmışdı. Qara Qarayevlə Vadji də oyunun gedişində “döyüşə atıldı”. Bununla belə “qırmızı-qaralar”ın müqavimətini qırmaq mümkün olmadı. Bu nəticəyə görə təkcə “Qarabağ”ın futbolçularının fiziki yorğunluğunu səbəb göstərmək yanlışdır. Çünki “Qəbələ” yetərincə inamlı çıxış edir və artıq iddiasını ortaya qoymağı bacarıb. “Qarabağ”la oyunda da belə oldu. 

Xal itkisinə baxmayaraq, “Qarabağ” yenə də turnir cədvəlinə inamla başçılıq edir. “Köhlən atlar” “Zirə” ilə “Qəbələ”ni 5 xal qabaqlayır. “Qəbələ”nin həm inamlı oyunu, həm də nəticələri onu deməyə əsas verir ki, həm baş məşqçi Elmar Baxşıyev, həm də futbolçular cari mövsümə möhür vurmağı bacarıblar.

Bu qarşılaşmada diqqət çəkən daha bir məqam oldu. Gənc hakim Kamranbəy Rəhimov elitada debüt oyununa çıxdı. Onun birdən-birə mərkəzi qarşılaşmaya təyinat alması birmənalı qarşılanmasa da, referi o qədər də pis təsir bağışlamadı.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X