09:45 10.12.2021 790

Rəhim Həsənov Stuxlikin izahatı ilə razılaşmadı: "Hansı tərəfdən baxsan, bu təyinat düzgün deyil"

AFFA Hakimlər Komitəsi bu gün keçiriləcək “Zaqatala” – “Səbail” oyununa dördüncü hakim kimi Rəşad Əhmədovu, hakim-inspektor kimi isə onun atası Rövşən Əhmədovu göndərib.

Absurd təyinat deyilmi? Ata oğulun işinə qiymət verəcək. Rövşən müəllimin obyektivliyinə kölgə salmırıq, ancaq komitə niyə qaşınmayan yerdən qan çıxarır, şübhəyə, narazılığa əsas yaradır? Zaqataladakı oyuna göndərməyə başqa hakim və ya inspektor yoxdurmu?

Xaqani Məmmədovun komitə sədri olduğu vaxtda da bir-iki dəfə oxşar hal baş vermişdi. Ancaq o vaxt Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi ayrı fəaliyyət göstərirdi. Belədə onların bir-birindən xəbərsiz təyinat həyata keçirmələri və yaxın qohumların bir yerə düşmələri normal hal sayılırdı. İstənilən halda, sonradan özləri, ya da mətbuatın işıqlandırması ilə yanlışlarını düzəldirdilər.

Açığı, bu dəfə də Fritz Stuxlikin yanıldığını, faktı diqqətdən qaçırdığını düşündük. Hakimlər Departamentinin sədri Cavid Cəlilovun vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışdıq. Cavid bəy Stuxlikin cavabını bizə istiqamətləndirdi və...gözümüzə inanmadıq. “Üzrü günahından betər” deyirlər, avstriyalının izahatı məhz belədir: “Yəqin görmüsünüz ki, Zaqatalada baş hakim Tural Qurbanovdur. Rəşad Əhmədov 4-cü hakim kimi təyinat alıb. Bundan əlavə, yəqin bilirsiniz ki, kubok oyunları canlı yayımlanır və bu səbəbdən də 4-cü hakimin işinə obyektib olaraq nəzarət edilə bilər”.

Bu nə məntiqdir? Hakim-inspektor yalnız baş hakimə qiymət vermiş olsaydı, cənab Fritzlə razılaşmaq olardı. Digər tərəfdən, kim zəmanət verə bilər ki, oyunun gedişində əsas hakimin başına nəsə gəlməyəcək və belədə Rəşad Əhmədov onu əvəz etməli olacaq? Yaxud televiziya “obyektiv nəzarət” etalonu sayılardısa, FİFA və UEFA da bütün yaxın qohumları eyni oyuna göndərərdi. 

Bəlkə biz yanılırıq? 

Fanat.Az Fritz Stuxlikin bu təyinatına mütəxəssis fikri öyrənib. 

Sabiq FİFA referisi Rəhim Həsənov avstriyalı komitə sədrinin qərarını gülünc adlandırıb və qeyri-obyektivliyinə dair dəlillər sadalayıb: 

“Təbii ki, komitənin bu addımı birmənalı qarşılana bilməz. Yaxın qohumları bir oyuna salmaq düzgün deyil. Bütün dünyada bu məqama diqqət yetirilir ki, narazılığa səbəb yaranmasın. UEFA və FİFA da buna şərait yaratmır. Sizə nümunə gətirim: rusiyalı Nikolay Levnikovun oğlu Kiril FİFA hakimidir. UEFA heç vaxt – bunu Levnikov özü də etiraf edib – ata ilə oğulu bir oyuna salmır. Hakimlər Komitəsi bunu edibsə, adını da qoysun, bilək. Ehtiyat hakimin də öz funksiyası var, baş hakimə kömək edir və sonda gördüyü işə görə işi inspektor tərəfindən qiymətləndirilir. Hansı tərəfdən baxsan, bu təyinat düzgün deyil. Axı niyə narazılığa əsas yaradılır? Komitədə hakim və ya inspektor tapılmır ki, ata ilə oğulu bir oyuna göndərirlər? 

Ola bilər təyinat tələm-tələsik yazılıb və kiminsə qohumluğu nəzərə alınmayıb. Amma komitədən kimsə Stuxlikə məlumat verməlidir ki, belə bir yanlışlıq olub. Bəlkə heç avstriyalı bilmir onlar ata-baladır, kimsə bunu ona deməlidir də. Təəssüf ki, vaxtında deməyiblər.

Xatırlayıram, Fritz Stuxlik təzə gələndə bizə demişdi ki “kimin klubda və ya futbol təsərrüfatına aid digər strukturda yaxını, qohumu çalışırsa, mənə bildirsin”. Necə olur ki, o vaxt buna diqqət yetirən sədr indi bunu nəzərə almır?”

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X