
Əksər Premyer Liqa klublarının qış hazırlıq planı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu mənada "Səbail"də qeyri-müəyyənlikdir.
Komandanın baş məşqçisi Aftandil Hacıyev rəhbərliklə görüşün nəticəsini gözləyir: "Hələ heç nə müəyyənləşməyib. Belə deyək, planlar hazırda müzakirə mərhələsindədir. Yəqin ki, qarşıdakı həftədə dəqiqləşəcək. Detallar bəlli olmadığı üçün heyətdəki mümkün dəyişikliklər, gedənlər, yeni transferlər barədə də fikir bildirmək olmur. İndiki mərhələdə kiminsə göndərilməsi nəzərdə tutulmayıb. Amma yeni transfer etməyi istəyərdik.
İlkin plan odur ki, yanvarın 5-də bir araya gəlmək istəyirik. Amma bir-iki gün o tərəf-bu tərəf ola bilər. Qeyd etdiyim kimi, bayrama qədər bu məsələlərə aydınlıq gətiriləcək və klubun saytında dərc olunacaq".
Qeyd edək ki, "Səbail" qış fasiləsinə 10 xalla turnir cədvəlinin sonuncu pilləsində yollanıb.
Mirağa