
Yanvarın 5-dən təlim-məşq toplanışına start verən "Səbail"in hazırlıq çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 4 yoxlama görüşü keçirməyi planlaşdıran Aftandil Hacıyevin komandası yanvarın 14-də "Qarabağ-2", 18-də "Keşlə", 21-də MOİK, 24-də isə yenidən "Keşlə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, hazırda "ASCO Arena"da məşqləri davam etdirən "dənizçilər" 10 yanvardan "Dalğa Arena"ya köçəcək.