U-15 və U-16 millilərdə yeni məşqçi təyinatı olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Amil Ağacanov yeniyetmələrdən ibarət milli komandalara qapıçılar üzrə məşqçi təyin olunub.
38 yaşlı sabiq qapıçı saytımıza xəbəri təsdiqləyib.
Qeyd edək ki, Ağacanov Premyer Liqa klublarından AZAL və "Simurq"un şərəfini qoruyub, vaxtı ilə "Səbail"in akademiyasında qapıçılar üzrə məşqçi işləyib. Onun son iş yeri isə
Naxçıvan Futbol Federasiyasının Futbol Akademiyası olub.
Ağacanov bu yaxınlarda UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi kursunu tamamlayıb.
Mirağa