
Hazırlıqlarını Bakıda davam etdirən "Keşlə" və "Səbail" komandaları növbəti dəfə yoxlaşa oyununda üz-üzə gəliblər.
Fanat.Az xəbər veror ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
"Keşlə"nin qoluna Rəhman Hacıyev imza atıb, "Səbail"dən isə Əfran İsmayılov fərqlənib.
Yanvarın 18-də baş tutan görüşdə "Keşlə" 2:0 hesabı ilə qələbə qazanıb.