14:56 31.01.2022 759

Sadıqov razıdır, Baxşıyev isə ... - AÇIQLAMA

Sabah Azərbaycan futbolunda ayyarımlıq sükut pozulacaq. Qış fasiləsi ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə başa çatacaq. Təlim-məşq toplanışlarını başa vuran klublar hazırlıqdan razı qalıblarmı? Baş məşqçilər istədikləri transferləri reallaşdıra bilibmi? Ümumiyyətlə, komandalar mövsümün ikinci yarısına neçə faiz hazırdır?

Fanat.Az bu ənənəvi suallarla əvvəlcə Premyer Liqa klublarından "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova üz tutub:

"Müəyyən səviyyədə razı qaldım. Hazırlığımız pis alınmadı. Yeganə məyusedici hal odu ki, yeni futbolçular sonradan komandaya qoşuldu. Hazırda danışıqlarımız davam edir. İstədiyim transferlərdi. Futbolçuları çoxdan tanıyıram. Transferləri indi reallaşdıra bildik. Amma yenə də bir-iki futbolçu ilə komandanı gücləndirməyi planlaşdırırıq. Amma alınıb-alınmayacağını zaman göstərəcək. Çünki "transfer pəncərəsi"nin bağlanmağına az zaman qalıb. Qış fasiləsində futbolçu transfer etmək onsuz da çətin olur. Amma yenə də axtarışlarımız davam edir. 

Məlumdu ki, heyətimiz elə də geniş deyil. Bəzi oyunçularla yollarımızı ayırdıq, ona görə də mütləqdi ki, heyətimizə futbolçular cəlb edək. 

Faiz etibarilə necə dəyərləndirim, bilmirəm. Ay yarımlıq fasilə olub, bu, özünü ilk turlarda hiss etdirəcək. Amma çalışmalıyıq ki, ilk oyunlardan yaxşı formada olaq. Çünki başlayan kimi bizi ciddi oyunlar gözləyir. Ölkə kubokunun 1/4 final mərhələsində “Səbail”lə oyunlar, Premyer Liqada “Keşlə” ilə ev, “Sabah”la səfər oyunu... Demək olar ki, çempionata çox məsuliyyətli oyunlarla başlamalıyıq. Ona görə də çox mütəşəkkil olmalıyıq. Bütün fikrimiz oyunlarımızda olmalıdı".


"Zirə" kimi, fevralın 2-də kubok matçına çıxacaq "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin qış hazırlıqları ilə bağlı fikirlərinə gəlincə, o, yerli oyunçu axtarışında olduğunu bildirib:

"Qış hazırlığımızı düşündüyüm kimi həyata keçirə bildik. Əvvəldən planda bir hucumameyilli oyunçu ilə güclənmək var idi. Onu reallaşdırdıq. Bildiyiniz kimi, Avstriyanın "Admira Vakker" klubundan Patrik Robson de Souzanı icarəyə götürmüşük. Ancaq Ürfan Abbasovun zədə alması problem yaratdı. Belədə bir yerli futbolçuya da ehtiyacımız yarandı. 

Mövsümün ikinci yarısına hazırlığımızı faizlə ifadə də bilmərəm, amma komandanın məşqlərə yanaşması gələcək oyunlara yaxşı siqnal verir. Əsas odur ki, komandada ab-hava sağlamdır. Komanda bundan sonra da əlindən gələnin ən yaxşısını etməyə çalışacaq".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X