14:44 14.03.2022 1377

Aktual: "1 nömrə"si olmayan Azərbaycan millisi

Azərbaycan milli komandası Novruz bayramından dərhal sonra səfərə çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv martın son həftəsini Maltada keçirəcək. Martın 25-də bu ölkənin yığmasıyla, 29-da isə eyni məkanda Latviya ilə yoldaşlıq görüşləri nəzərdə tutulub. İtaliyalı baş məşqçinin heyəti martın 18-19-da keçiriləcək 20-ci turdan sonra açıqlayacağı gözlənilir.

İndiki məqamda millidə "1 nömrə" ilə bağlı vəziyyət qeyri-müəyyəndir. Məsələ burasındadır ki, toplanış ərəfəsində iki əsas qapıçı sıradan çıxıb. "Qarabağ"ın "çərçivə" qoruyucusu Şahruddin Məhəmmədəliyev qış fasiləsində Türkiyədə əməliyyat olunub. 27 yaşlı qolkiper sağ qolundakı problem üzündən cərrahi müdaxiləyə ehtiyac duyub. Onun dönüşünün martın sonuna təsadüf edəcəyi gözlənilir. Əməliyyatdan sonra 2,5-3 ay oynamayan, məşq etməyən birinin dərhal milliyə çağırılacağı inandırıcı deyil. 

Bugünlərdə "Qarabağ"ı Qazaxıstan "Turan"ına dəyişən Emil Balayevlə bağlı eyni vəziyyətdir. Qasıq nahiyəsindəki yırtıqdan əziyyət çəkən Balayev dekabrda Almaniyada cərrah masasına uzanıb. Bir neçə gün əvvəl Qazaxıstana yollanan və hələ debüt etməyən qapıçı ilə bağlı əldə etdiyimiz məlumata görə, o, məhz zədəyə görə Bakıya qayıdıb. Onun məşqdə xəsarət aldığı bildirilir. Mümkündür ki, köhnə zədəsini yenləyib. 

Millinin Bakıdakı son toplanışında - Lüksemburqla DÇ-2022-nin son seçmə oyununda və Qətərlə görüşdə düşərgədə üç qapıçı olub. De Byazi ötən ilin noyabrındakı qarşılaşmalar üçün Şahruddin və Emildən başqa, Mehdi Cənnətova dəvət göndərib ki, qeyd etdiyimiz kimi, onlardan ikisi hazırda yararsızdır. "Zirə"də uğurlu mövsüm keçirən Cənnətovun yenə siyahıda olacağı şübhə doğurmur.  

Belədə, yığmanın digər qapıçılarının kimliyi sualı aktual və narahatedicidir.  

"Qarabağ"dan olduğu kimi, "Neftçi"dən də milliyə "1 nömrə" axtarmağa dəyməz. Aqil Məmmədov da yaxında əməliyyat olub. Hətta formada olduğu vaxtda belə, Məmmədov milliyə dəvət almayıb. Canni De Byazinin autsayderlərin qapıçılarını çağıracağı mübahisəlidir. Hər halda, Rəşad Əzizli qışdan sonra üz tutduğu, hazırda sonuncu pillədə qərarlaşan "Səbail"də müntəzəm çıxış etməyə başlasa da, oyun təcrübəsinin azlığı hiss olunur və inamsız görünür. O, qapıda dayandığı 6 oyunda 12 dəfə topu tordan çıxarmalı olub. "Sumqayıt"ın formasını geyinən isə Aydın Bayramov ötən ilin noyabrından bu yana, 11 oyundur qələbənin nə olduğunu bilməyən komandanın qapıçısıdır. Sözsüz ki, onun psixoloji durumu qaydasında ola bilməz. 

Millinin qarşıdakı toplanışına çağırılmağa ən real namizədlər Səlahət Ağayev və Nicat Mehbalıyevdir. Əvvəllər millidə "1 nömrə" olan Səlahət hazırda "Sabah"da da eyni funksiyanı daşıyır. Düzdür, onun bu mövsümkü çıxışı qeyri-sabit alınıb, amma təcrübəsi onu əsas namizədə çevirir. 21 yaşlı Nicat isə "Qəbələ"nin inamlı çıxışında əsas pay sahiblərindəndir. Komandasının hazırda lider olması da onun lehinədir. Fors-major hal baş verməsə, Mehbalıyev 10-15 gün sonra millidə debüt edə bilər. 

Göründüyü kimi, klublarımızda milliyə namizəd qapıçı ilə bağlı başqa seçim yoxdur. Odur ki, De Byazinin Səlahət Ağayev, Nicat Mehbalıyev və Mehdi Cənnətova dəvət göndərəcəyini indidən söyləmək olar. Onlardan hansının milli komandada "1 nömrə" olacağını demək isə daha çətindir.  

Mirağa   
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X