
"Sabah"ın baş məşqisi Murad Musayev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Qol vurmaq sarıdan problemlərimiz var, buna baxmayaraq, qələbə qazana bildik. Nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Rəqibə qarşı ciddi yanaşmışdıq".
39 yaşlı mütəxəssis qapıçı Yusif İmanovun debüt etməsinə də münasibət bildirib: "Məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək. İmanov bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun qurtarışı oldu. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm".