12:11 06.04.2022 1060

"Şamaxıda "Neftçi" ilə oyuna böyük maraq var" - Elgiz Abbasov

"Keşlə"nin ad dəyişikliyi nəhayət, rəsmən baş tutub. Günə AFFA-nın UEFA tərəfindən göndərilən razılıq məktubu haqda xəbərlə başladıq. Avropa futbol qurumu "Şamaxı"nı "Keşlə"nin varisi kimi tanıyıb. Xüsusi vurğulanan "istisna" maddəsinin mahiyyəti klubun bu il avrokuboklarda iştirakına yaşıl işıq yandırır. Baxmayaraq ki, "Şamaxı"nın yaranma ili kimi 2022-ci il göstərilib. Kluba ilk üç ildə avrokuboklara qatılmaq məhdudiyyəti tətbiq olunmayacaq.

"Şamaxı" Premyer Liqanın 22-ci turu çərçivəsində "Neftçi"ni qəbul edəcək. Oyunla bağlı hansı təşkilatçılıq tədbirləri nəzərdə tutulub? 

Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov Fanat.Az-ın bu və digər suallarına aydınlıq gətirib.    

- "Şamaxı"nın ilk oyununda hansı tədbir nəzərdə tutulub?
- Dünən Şamaxı şəhər stadionunda olarkən “Şamaxı” klubunun nümayəndələri ilə görüşdük. Onlar bildirdilər ki, ilk oyunu və yerli publikanın marağını nəzərə alaraq qısa açılış mərasimi düşünüblər. Klub bununla bağlı olan ssenarisini Peşəkar Futbol Liqasına təqdim edəcək. Klub nəzərdə tutulan ssenarini təqdim edərsə, bununla bağlı daha geniş danışa bilərik. Sözsüz ki, açılış mərasimi klubun ixtiyarında olan bir məqamdır. Edə də bilərlər, etməyə də. Amma istənilən halda, bununla bağlı rəsmi məlumat verilməlidir. Ümumiyyətlə, Şamaxıda "Neftçi"ilə oyuna böyük maraq var. Klub artıq biletlərin satışına start verib və şəhərdə oyunla bağlı afişalar da vurulub. 

- Açılışda kimlər olacaq?
- Mən çalışdığım qurumun adından danışa bilərəm. Açılış oyununda Peşəkar Futbol Liqası rəhbərlik səviyyəsində təmsil olunacaq. 

- Şamaxı stadionunda işıqlandırma olmadığı üçün oyun erkən saata salınıb?
- Stadion infrastrukturundan danışırıqsa, açığı, bir az müsbət məqamlara toxunmaq istəyirəm. Məncə sevinməliyik ki, Şamaxı qədər tarixi əhəmiyyətli bir bölgəmizdə standartlara cavab verən stadion var. Peşəkar Futbol Liqası olaraq iki dəfə Şamaxı şəhər stadionunda olmuşuq. Stadionun ən vacib otaqları, tribuna və ona bitişik yerlər, meydança əla vəziyyətdədir. Jurnalistlərin işləməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Bu baxımdan Şamaxı şəhər stadionunu ən yaxşılar siyahısına daxil edə bilərik. Ümid edirəm ki, açılış oyununda özünüz də bunun şahidi olacaqsınız. 

Sözsüz ki, oyun saatlarının təyin olunmasında stadionunun infrastrukturu da rol oynayır. Bu və digər məqamlar nəzərə alınaraq oyun saat 14:00-a təyin olunub.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

20:00

KL: "Zirə" Estoniya səfərində - YENİLƏNİR

20:00

AL: "Qarabağ" Bolqarıstan klubunu qəbul edir - YENİLƏNİR

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X