13:31 07.04.2022 8285

"Rivaldonun çirkinliyi də ona xarizma qatırdı" - Xumar Qədimova ilə müsahibə

Müğənni Xumar Qədimovanın sosial şəbəkə hesablarını izləyənlər əməkdar artistin bu idman növü ilə hansı səviyyədə maraqlandığından xəbərdardır. Əvəllər də futbola olan sevgisi barədə müxtəlif fikirlər səsləndirmiş sənətçi ilə idmanın şahından danışmağa qərar verdik.

Xumar xanım Fanat.Az-a müsahibəsində Yoahim Löv və Braziliya millisi  ilə yanaşı, Qazaxın "Göyəzən" komandasından da söhbət açdı.

- Bu günə kimi bir sıra müsahibələrinizdə futbol haqda danışmısınız. Bu idman növünə marağınız necə yaranıb?

- Futbol eşqi bizim ailəyə mənim atamdan keçib. O, futbolu çox gözəl analiz edirdi və bu sahədə böyük anlayışı var idi. Rəhmətlik Sabir Ələsgərovun (2020-ci ildə dünyasını dəyişən mərhum diktoru, xalq artistini nəzərdə tutur - red.) verilişində də futbolla bağlı çıxışı olub. Həmin buraxılışda atam futbolu detallı şəkildə müzakirə edirdi. Bundan əlavə o, həm də gözəl oyunçu olub. Əminəm ki, atamın gənclik vaxtı indiyə təsadüf etsəydi o, Azərbaycan futbolunu ucaldanlardan olardı. Dediyim odur ki, bu bizə genetik olaraq keçib. Bundan əlavə, ailəmizdəki uşaqlar da futbola böyük maraq göstərir və onu mükəmməl bilirlər. Hazırda özüm də bu idmana maraq göstərirəm. Futbol analitikləri və ya mütəxəssisləri qədər bilməsəm də, bu sahəyə yaxın adamam. 

- Azarkeşlik etdiyiniz klub və milli hansıdır?

- Maraqlı sualdır. Milli olaraq Braziliya mənim üçün ən yüksək zirvədədir. Top adı gələndə, söhbət futboldan düşəndə mənim gözümün qarşısında Braziliya millisi dayanır. Onları çox sevirəm. Müsahibələrimdən birində qeyd etmişdim, yenə də demək istərdim ki, Braziliya millisi bizim yığma komanda ilə qarşılaşsa belə, braziliyalıların qalib olmasını istərdim. Çunki mən qəhrəmanın qalib olmasını sevirəm. Klub olaraq Zidanın, Raulun, Fiqunun, braziliyalı Ronaldonun dönəmindəki "Real Madrid"i sevmişəm. 

- Ən xarizmatik hesab etdiyiniz baş məşqçi və ya futbolçu kimdir?

- Baş məşqçi kimi hamıya bəllidir ki, mən Yoahim Lövü sevirəm. Onun soyuqqanlılığını, peşəkarlığını ... Aman Allah ... Löv, Löv, Löv ... Heyıf ki, getdi. Onun yenidən fəaliyyət göstərməsini çox istərdim. Yadımdan çıxmamış bir məşqçini də qeyd etmək istəyirəm - Quardiola. Oğlum onun pərəstişkarıdır. Mən də onu sevməyə başlamışdım. Quardiolanın da futbol fəlsəfəsini, onun məktəbini, xarizmasını çox bəyənirəm. Amma Löv mənim üçün ilk sıradadır. Futbolçuya gəlincə, bu, Ronaldinyodur. Onu niyə sevirəm? Ronaldinyonun topla rəftarı inanılmaz idi. Sanki rəqs edirdi... Onun oyunundan doğan xarizmasını sevirəm. Futboçulara xarici görünüşünə görə deyil, onların peşəkarlığına görə qiymət verirəm. Məsələn, Rivaldonun xarici görünüşü elə də gözəgəlimli deyildi, amma mənim üçün onun çirkinliyi də ona xarizma qatırdı. Oliver Kanı da qeyd edərdim. Necə gözəl qapıçı idi... Ştefan Effenberqi də bu siyahıya əlavə edərdim. Son zamanlar futboldan nisbətən soyumuşam. Bu da təsadüfi deyil. 2014-cü ildə Dünya Çempionatının yarımfinalında Braziliya millisi almanlara 1:7 hesabı ilə uduzmuşdu. Bu oyundan sonra futboldan müəyyən qədər soyudum. Həmin məğlubiyyət mənə o qədər təsir etmişdi ki. 

Qarşıdan DÇ gəlir və Xumar yenə də ağlayacaq! Bəli, məndə bu da var. Mən Peter Şmeyxeli yaxşı xatırlayıram. Onun oğlu Kasperi də tanıyıram. Avropa çempionatının yarımfinalında Kasper Şmeyxelin komandasısın İngiltərəyə məğlub olmasını unuda bilmirəm. Nə qədər ağladım, aman Allah ...  

- Ölkə futbolu nümayəndələrindən tanışlıq, dostluq əlaqəniz olan kimsə varmı?

- Yerli futbolçularımızdan heç biri ilə yaxın münasibətim və ya ünsiyyətim yoxdur. Çox arzulayardım ki, onların hər biri lazım olan zirvəyə gəlib çatsınlar. Bu da məncə, düzgün futbol idarəçiliyindən asılıdır. Ölkə futbolunun çiçəklənməsi və uğurlar qazanması mənim böyük arzumdur. Bir epizodu xatırladım, 2002-ci il dünya çempionatı zamanı oyunu buraxmamaq üçün öz işimdən imtina etmişdim. Mənim istəyim odur ki, Azərbaycan millisi o qədər uğurlu çıxış etsin ki, mən də gəlirimdən imtina edərək onların oyunlarını izləməyə gedim. 

 - Əslən Qazax rayonundansınız. Son illərdə olmasa da, vaxtilə Qazax rayonunun "Göyəzən" klubu ölkə çempionatında çıxış edib. Doğma rayonunuzun komandası haqqında məlumatınız olub, heç matçlarını izləmisinizmi?

- Qazax maşallah, futbola olan sevgisi ilə tanınır. Yenə qeyd edim, mənim atam da futbola xüsusi sevgi ilə yanaşırdı. "Göyəzən"lə bağlı bir məqama toxunum. Səhv etmirəmsə, 90-cı illər idi, "Göyəzən" "Neftçi"yə necə qalib gəlmişdi ... (gülür). Bu yaxınlarda "Göyəzən"in stadionu ətrafından keçirdim. Oradakı acınacaqlı vəziyyətə, baxımsızlığa, sahibsizliyə çox üzüldüm, inanın. İndi danışıram və birtəhər oluram. Gözümün qarşısına gəlir... Kövrəldim...  Onların yüksək liqaya geri dönməsini çox istərdim. Sevinərdim buna. 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X