
Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” matçının startından əvvəl meydan sahiblərinin iki futbolçusu ilə bağlı vida tədbiri keçirilib.
Fanat.Az xəbər verir ki, Şamaxıda baş tutan ilk oyunda komandanın müdafiəçiləri Ruslan Əmircanov və Rail Məlikov futbolçu karyerasını rəsmən başa vurublar.
Klubun prezidenti Zaur Axundov bununla bağlı hər iki futbolçuya xatirə diplomları və formala təqdim edib.
Xatırladaq ki, "Neftçi"də və millimizdə də çıxış etmiş 36 yaşlı Məlikov və 37 yaşlı Əmircanov artıq B kateqorilı məşqçi kurslarına qatılıblar.