14:56 15.04.2022 6117

"Qəbələ"ni udduğumuza görə yaxşı mükafat aldıq" - Əfran İsmayılov 

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış etmək üçün lisenziya sənədlərini AFFA-ya təqdim edən "Turan Tovuz" klubu heyətlə bağlı planlar cızır. Rəsmən açıqlanmasa da, qərb təmsilçisinin elitada oynayan futbolçulara maraq göstərdiyi bildirilir. Onlardan biri də Əfran İsmayılovdur. 

Fanat.Az hazırda "Səbail"də çıxış edən təcrübəli yarımmüdafiəçinin bununla bağlı fikirlərini öyrənib:

"Mənə bu günə qədər Tovuz klubundan təklif gəlməyib. Əvvəlcə komanda Premyer Liqaya çıxsın, sonrasına baxarıq. İndiki məqamda nəsə deməyim düzgün anlaşılmaz. Elə başa düşərlər ki, özü özümü təklif edirəm. Bu barədə klubla anlaşandan sonra danışarıq. Əlbəttə, təcrübəli futbolçu kimi xidmətimə ehtiyac duysalar, kömək edə bilərəm. Düzdür, rayon komandasıdır, ancaq mənim üçün doğma yerdir. Orda yetişmişik, ilk addımlarımızı atmışıq". 

İsmayılov yayda karyerasını bitirə biləcəyini də deyib: 

"Açığı, hələ növbəti mövsüm üçün karyeramla bağlı qərar verməmişəm. Hər şey ola bilər. Çalışırıq bu il maksimum xal toplayaq. Mənim üçün ilk növbədə "Səbail", onun nəticələri önəmlidir. Aftandil müəllimə (baş məşqçi Aftandil Hacıyev - red.) görə ikiqat məsuliyyətlə, istəklə oynayırıq. Mövsümün sonunda əvvəlcə baş məşqçimizlə, klub rəhbərliyi ilə görüşüb planlarını öyrənəcəyəm. "Səbail"dən, daha sonra digər klublardan normal təklif gəlməsə, karyeramı bitirə bilərəm".    

Son turda "Qəbələ"yə 3:0 hesabıyla qalib gələn "Səbail"in futbolçusu buna görə yaxşı mükafat aldıqlarını etiraf edib:

"Mövsümün əvvəlində yaxşı vəziyyətdə deyildik. Müəyyən problemlər var idi. Rəhbərlik tədricən diqqət göstərməyə başladı. Komandanı motivasiya etdilər. Maaşlar ödənildi, hazırda klubun futbolçulara borcu yoxdur. Biz də üzərimizə düşən məsuliyyəti dərk edərək daha həvəslə oynayırıq. "Qarabağ" və "Qəbələ" kimi iddialı rəqiblərlə oyunlarda meydanda canımızı qoyduq. Buna görə hər ikisinə qalib gəldik. Mükafat? Klub rəhbərliyi "Qəbələ" üzərində qələbəyə görə əziyyətimizi qiymətləndirdi. Sağ olsunlar, həm də yaxşı məbləğdə mükafat ayırıblar. Nə qədər olduğunu deməyəcəm, amma sonuncu yerdə olan komanda üçün kifayət qədər sanballı məbləğdir".    

Mirağa 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X