17:24 21.04.2022 592

"Bütün günümü Şamaxıda keçirirəm" - Vəli Qasımov

"Belə gedişlə gələcəkdə buradan 100 faiz futbolçu da çıxacaq".

Fanat.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov deyib.

Artıq 3 aydan çoxdur Şamaxıda olduğunu deyən veteran futbolçu görülən işlərdən bəhs edib: "Şamaxının əsas idman növü futbol deyil, güləşdir. Bu gün isə futbola maraq çox böyüyüb. Hər məşqə 5-6 yeni uşaq gəlir. Artıq 150-dən çox uşaq var, onlara baxmaq çətindir. Amma iş gedir, balacalar artırır. Orta yaş qrupları demək olar ki, bir az əziyyət çəkirlər. Burada 5 yaşından 13 yaşadək uşaqlar var. Hələlik onları yaş qruplarına bölməmişik. Bunu gələcəkdə edəcəyik. Hazırda futbola marağı artırırıq, ona görə məşqlərə çoxlu uşaq gəlir. 14-15 yaşlı uşaqlara da fürsət yaradırıq. Bu yaşda Şamaxıda yaxşı uşaqlar var. Planlarımızda 14-15 yaşlılara məşq keçmək yoxdur. Meydança və top veririk ki, oynaya bilsinlər. Burada ilk olaraq, məktəblər arasında seleksiya işi görmüşük. Bəzi yaş qruplarında məktəblər arasında turnir də keçirmişik. Həmin yarışlardan maraqlı uşaqları məşqlərə dəvət edirik".

Koordinator Şamaxı şəhər stadionunun süni örtüyündə uşaqların futbol oynamalarına da münasibət bildirib: "Mən cavan və uşaq vaxtı asfalt, taxta meydança görmüşəm. Hər yerdə oynamışam, bizdə belə şərait yox idi. Hazırkı dönəmdə uşaq məktəbi üçün süni meydança çox yaxşıdır. Ötürmə öyrətmək, rəqibi aldatmağı başa salmaq s. xalçanın üstündə çox rahatdır. Yəqin ki, çox eşidirsiniz ki, süni örtükdə məşq edəndə çoxlu zədə olur. Amma zədələr bununla deyil, çox yüklənmə ilə əlaqədardır. Hər yaş qrupunun məşq üçün öz vaxtı var. Ona riayət etsən, zədələr olmayacaq. Yüklənmə deyəndə nəyi nəzərdə tuturam? Məsələn, idmançını 20 kq-ı qaldırmağı məcbur etmək mümkündür, amma ikinci məşqdə o, zədə ala bilər. Çünki şişən əzələlər qaçanda cırılacaq. Bundan əlavə, 1,5 saatdan çox məşq etmək olmaz. Belə hallarda da zədələr gəlir. Bu səbəbdən, yüklənmələrə diqqət etmək lazımdır".

Qasımov hazırda bütün gününün Şamaxıda keçdiyini vurğulayıb: "Ailəm Bakıdadır, imkan olanda gəlirlər. Mən isə burada qalıram. Əsas işim buradadır və demək olar ki, bütün günümü Şamaxıda keçirirəm. Hazırda 4 məşqçi və 1 inzibatçımız var. Məşqçilərin hamısı yerli mütəxəssisdir, D kateqoriyaları var. Gələcəkdə daha yüksək kateqoriyanı oxumağa davam edəcəklər".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X