13:43 22.04.2022 964

Tarixi şəhərə səfərin iki məqsədi 

Açılışı 1 noyabr 2021-ci ildə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutan Şamaxı şəhər stadionu ilə tanışlıq iki həftə əvvəl, konkret, aprelin 9-da olmuşdu.

Ancaq həmin gün sözügedən arenada "Şamaxı" ("Keşlə"nin xələfi) "Neftçi"ni qəbul etdiyi üçün hər şey tələm-tələsik alınmışdı. Bu baxımdan AFFA-nın bu gün Şamaxıya təşkil etdiyi mediatur ətraflı tanışlığa hesablanmışdı. Bununla belə, əsas məqsəd ayrı idi ki, o haqda bir qədər sonra... 

Proqram 

30-a yaxın mətbuat nümayəndəsi səhər saat 10-da assosiasiyadan yola düşdü. Səfərin proqramı belə idi: "Shamakhi Palace" otelində yerləşmək, stadiona mediatur, Şamaxı futbol məktəbində məşqi izləmək, oteldə AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirakı ilə dəyirmi masa. 

Minnətdarlıq

Jurnalistlərin asudə vaxtının səmərəli təşkilinə geniş toxunmayacağam. Şəhərin səs-küyündən beş dəqiqə də olsun uzaqlaşıb səfalı məkanda beyninə dinclik vermək nəyə desən dəyərdi. Səfərin təşkilatçılarına təşəkkürlər. 

Bir stadiondan daha artıq

Təxminən 5 milyona UEFA "Hat-Trick" proqramı çərçivəvində (4 milyon yarım göndərib, yarım milyon isə AFFA xərcləyib) başa gələn Şamaxı şəhər stadionu bölgə komandası üçün hər cür təminatı olan arenadır. Əsas meydandan başqa əlavə iki kiçik həcmli meydança, müasir standartlara cavab verən paltardəyişmə və duş, dopinq, hakimlər otağı, tibb məntəqəsi, yeni avadanlıqlarla bol olan fitness zalı, süni örtüklü qapalı meydança və sair xüsusi zövqlə hazırlanıb.

Hərçənd, daha yaxşı ola bilərdi. Məsələn, tribunalarının sayını azı 3-ə çatdırmaq mümkün idi. Və ya işıqlandırma sistemi quraşdırılmayıb. 

İdman qurğusunun əsas özəlliyi isə vaxtilə elə həmin ərazidə fəaliyyət göstərən arenadakı varislik prinsiplərinin nəzərə alınmasıdır. Konkret, stadionun ərazisində idman kompleksi fəaliyyət göstərir ki, burada güləş zalı da var. Hansı ki, o vaxt həmin ərazidə güləş zalı olub. Düzdür, kompleksdəki güləş zalı hələ fəaliyyətə başlamayıb. İş burasındadır ki, AFFA isitmə və soyutma sistemi ilə təchiz olunmuş zalı yerli idman idarəsinə vermək istəyir.

Yumoru sevən baş katib

Yazının müqəddiməsində bildirmişdim ki, AFFA-nın demək olar bütün - çap, onlayn, digital - media təmsilçilərini bir yerə cəm etməsinin bir başqa səbəbi də var idi. Əslində səfərinin təşkili bir növ icraçı vitse-prezident Elxan Məmmədovun FİFA-ya vəzifəyə gedişindən sonra AFFA-nın yükünü çiyinlərində daşıyacaq yeni baş katiblə medianın yaxınlaşmasına, Hacıyevin qeyri-rəsmi təqdimatına hesablanmışdı. Sərxan bəy tanıdığımız biridir, 2009-cu ildən bəri AFFA-da çalışır. Bu dəfə daha səmimi ortamda görüşdük, tanıdıq. Öz dilindən eşitdik ki, iki mininci illərin əvvəllərində hakimliklə məşğul olub, Əliyar Ağayev, Orxan Məmmədov kimi ədalət təmsilçiləriylə eyni nəsilin nümayəndəsidir. Amma cəmi 2 il sonra başqa istiqamətə yönəlib.

Həmçinin, yeni baş katib vaxtilə şahmata gedib. Hətta zəif yerini də etiraf etdi ki, şahmatçı kimi birbaşa hücum debütlərini yaxşı bacarmayıb, oyununu müdafiədən qurduğu üçün adətən vaxt bitməsi səbəbindən uduzub. Hacıyevin haqlı və haqsız tənqidlərə çox qəribə yanaşması var: "Haqlı tənqidlərə həmişə açıq olacağam. Bu, normaldır. Ancaq bəzən haqsız tənqidlərlə də rastlaşırsan. Necə ki, baş katib təyin olunmağımla bağlı ilk xəbərə verilən bir reaksiyada olduğu kimi. Şəklimi qoyub yazmışdılar: "Hələ bunun qalstukuna bax". Axı mən neyləmişdim, hələ ilk gündür (gülür). Bu tip aidiyyatı olmayan yanaşmalara, tənqidlərə yumorla qarşılıq verəcəyəm. Amma sağlam tənqidə qeyri-ciddi yanaşmaq olmaz. Mütləq nəticə çıxarmaq lazımdır". 

Kor nə istər...

Sərxan Hacıyevi Elxan Məmmədovdan fərqləndirən əsas xüsusiyyətə gəlincə, sadə təsir bağışlaması və mətbuata daim dostyana davranacağı, fərq qoymadan hamıyla yaxın olacağı ilə bağlı vədini vurğulamaq istərdim. Yaşayarıq, görərik. Təki belə olsun. Kor nə istər, iki göz, biri əyri, biri düz. 

Mirağa, Bakı-Şamaxı-Bakı

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X