13:41 16.05.2022 646

\"Final çox maraqlı olacaq\" - \"Araz-Naxçıvan\"ın baş məşqçisi

Bu yaxınlarda yaranmasının 55 illik yubileyini qeyd etməyə hazırlaşan "Araz-Naxçıvan"ın özünün özünə ən böyük hədiyyəsi Region Liqasının qalibi adını qazanmaq olar. Azər Bağırovun başçılıq etdiyi kollektiv həftəsonu yarımfinal matçında yarışın əsas favoriti "Xan Lənkəran"ı məğlub etməyi (2:1) bacardı. 

Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov qələbə təəssüratlarını Fanat.Az-la bölüşüb:

"Maraqlı oyun alındı. Düşünürəm ki, qarşılaşmanı izləyənlər hər iki komandanın sərgilədiyi oyundan razı qaldı. Azarkeşlərimizə ayrıca təşəkkürümü çatdırıram. Komandanı sonadək dəstəklədilər. Bir də rəqib komandanın prezidentinin açıqlaması bizə əlavə motivasiya oldu. "Araz Naxçıvan"ı çox ciddi rəqib saymadığını, finala vəsiqəni asanlıqla qazanacaqlarını demişdi. Əlbəttə, hər kəsin subyektiv fikri var. Ancaq heç bir rəqibi aşağılamaq olmaz. Komandanı "Cəbrayıl"la oyuna da lazımi şəkildə motivasiya edəcəyik. Final qarşılaşması çox maraqlı olacaq. "Cəbrayıl" da finala əzmkar qələbə qazanaraq yüksəldi. Bu, onların xarakterindən xəbər verir. Finala layiqli şəkildə gəlib çıxıblar". 

Təcrübəli mütəxəssis final matçı ilə bağlı planlarını da açıqlayıb: 

"Yarımfinal oyunundan sonra Naxçıvana dönməyib Bakıda məskunlaşmışıq. "Days Hotel"də qalırıq. İnşallah, final üçün Şamaxıya mayın 19-da yollanacağıq. Son məşqlərimizi orada keçirəcəyik. Yeni istifadəyə verilən Şamaxı stadionunda ilk önəmli oyun olacaq. Özümüzü evdəki kimi hiss edəcəyik. Yəqin ki, azarkeşlərimiz ora da gəlib bizi dəstəkləyəcəklər. Ümid edirəm ki, tamaşaçıların zövqünü oxşayacaq oyun sərgiləyəcəyik".

Bağırov həmçinin növbəti mövsüm Birinci Divizionda yerli futbolçuların xidmətindən yararlanacağını bildirib: 

"Məncə, bizi ciddiyə almayan rəqiblər Naxçıvan çempionatında rəqabətin az olmasına görə belə düşünürdülər. Əslində, haqlıdırlar. Amma biz həmin geriliyi aradan qaldırmaq üçün Türkiyəyə təlim-məşq toplanışına yollandıq. Sevinirəm ki, Ərzurum toplanışından sonra komandada artım müşahidə olunur. Tədricən daha yaxşı çıxış edirik. Məni sevindirən daha bir məqam komandada Naxçıvandan olan gənc oyunçuların olmasıdır. "Xan Lənkəran"la oyunda bir neçəsinə güvəndim və yanılmadım. Növbəti mövsüm Birinci Divizionda həmin uşaqlara tez-tez şans verəcəyəm".

Qeyd edək ki, Region Liqasının finalı 20 mayda, saat 16:00-da Şamaxıda keçiriləcək.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X