17:08 17.05.2022 1035

\"Onlarla danışıq aparırıq, irəliləyiş var\" - \"Qəbələ\"nin baş meneceri

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qəbələ" indidən əl-qolunu çırmayıb. Klub rəhbərliyi heyətlə bağlı planlarını reallaşdırmağa başlayıb.

"Qəbələ"nin baş meneceri Nail Kərimov Fanat.Az-a verdiyi açıqlamada müqaviləsinin müddəti başa çatan futbolçularla danışıq apardıqlarını bildirib: 

"İlk növbədə heyəti qorumağa çalışırıq. Bunun üçün çalışmalara başlamışıq. Müqaviləsi avtomatik uzadılan futbolçular var, hansı ki onlarla iki illik müqavilə bağlamışdıq. Həmin futbolçularla bağlı vəziyyət aydındır. Legionerlərdən İsnik Alimi, Stefan Vukçeviç və Fernan Lopesin sözləşməsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Onlarla danışıq aparırıq, müsbət irəliləyiş var. Həm komandanın avrokuboka vəsiqə qazanması, həm klubdaxili atmosferin yaxşı olması danışıqların gedişinə təsir göstərir. Yəni onlar qalmaqda maraqlıdırlar. Yerli oyunçularımızdan da müqaviləsinin müddəti başa çatanlar var, onlarla da anlaşmağa çalışırıq. Təbii ki, yeni transfer də nəzərdə tutulub".

Klub rəsmisi avrokuboka hazırlıqla bağlı ilkin planları da açıqlayıb: 

"Mövsüm başa çatdıqdan sonra komanda istirahətə buraxılacaq. İyunun 15-20-si aralığında yenidən bir araya gəlib Konfrans Liqasının hazırlığına başlamaq nəzərdə tutulub. İlk mərhələ Qəbələdə baş tutacaq. Birhəftəlik hazırlıqdan sonra ölkə xaricinə yollanmaq planlaşdırılır. Hazırlıq planı, eləcə də transferlər barədə ətraflı bilgini bir neçə gün sonra verə bilərik".       

Mirağa  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 May 2024
00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

18:45

"Bayern" Pepin ürəyində xüsusi yerə sahibdir" - Qvardiolanın agentiəri açıqlama yaydı 

18:17

"Bizi maraqlı dönəm gözləyir" - "Liverpul"un kapitanı Slot barədə danışdılar

17:51

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

17:31

Braziliya millisinin sabiq hücumçusu həbs olundu

17:08

İngiltərə nəhəngi Sudakovu bu qiymətə alır

16:50

Məşhur hücumçu 100-ə yaxın insanı xilas etdi - TƏFSİLAT

16:35

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bilindi

16:13

"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

15:56

"Liverpul"un yeni baş məşqçisi bilindi - Özü açıqladı

15:37

Amorim növbəti mövsümə harada başlayacağını dedi

15:19

"Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz" - Mats Hummels

15:01

"Yunayted"i yenidən çalışdırmaq üçün Mançesterə piyada da yollanaram"

14:43

Lautaro Martines növbəti mövsümə harada başlayacaq? - Vitse-prezident açıqladı

14:25

Azərbaycan seçməsi Minskdəki son oyununda darmadağınla üzləşdi

14:08

"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

13:50

"Qaradağ Lökbatan" bölgədə oynamağı düşünür - AÇIQLAMA

13:28

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

13:10

Musa İsveçdə növbəti qolunu vurdu

12:49

Dörd illik diskvalifikasiya olunan Poqba özünə yeni iş tapdı

12:30

Moyesin gedəcəyi rəsmən açıqlandı

12:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:52

Bu gün Azərbaycan Kubokunun qalibi bilinəcək

11:34

"Üç saniyəyə iki qol vurmaq mümkündür, amma..." - Luis Enrike

11:16

"Onların bir missiyası, bizim isə böyük arzumuz var" - Edin Terziç

10:57

"Traktor"dan inamlı qələbə

10:19

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

10:00

Anton Cənubi Koreyada fərqləndi

09:40

Moldovalı qolkiper buraxdığı qoldan danışdı - "Nə qədər qəribə səslənsə də..."

09:21

Cəlal Hüseynov "Slaviya"ya qarşı oynadı, komandası...

09:00

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

01:35

"Mançester Yunayted" darmadağın oldu

01:02

"Napoli" son dəqiqə qolu ilə xal itirdi

06 May 2024
23:50

"Fənərbağça" səfərdə büdrədi

23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

Facebookdan bizi izləməyi unutmayın.
X