
"Neftçi"nin qapıçılar üzrə koordinatoru Kamil Qafarov klubu tərk edib.
Fanat.Az xəbər verir ki, iki il əvvəl "Sabah"dan "ağ-qaralar"a keçən təcrübəli mütəxəssis müqaviləsini yeniləmək istəməyib.
Qafarovun Premyer Liqada çıxış edəcək "Turan Tovuz"a keçəcəyi gözlənilir. Tovuz klubunun mətbuat xidmətindən saytımıza verilən açıqlamada isə hələlik təcrübəli mütəxəssislə rəsmi danışıq aparılmadığı vurğulanıb. "Turan Tovuz" iyunun ilk ongünlüyündə təsdiqlənəcək büdcənin müəyyənləşməsini gözləyir. Yalnız bundan sonra şifahi razılıq əldə olunan futbolçu və məşqçilərlə münasibətlər rəsmiləşdiriləcək.
Mirağa