
Bu gün "Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, onlayn şəkildə baş tutan iclasda komandanın yeni baş məşqçinin kimliyi bəlli olub.
Axşam 23:00-da isə "Neftçi TV"nin canlı efirində yeni baş məşqçinin kimliyi ictimaiyyətə açıqlanıb.
Paytaxt təmsilçisi Laurentsiu Regekampfa həvalə olunub. Rumın mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"də Samir Abasovu əvəzləyən Regekamfın sonuncu iş yeri “Universitatya” (Krayova) olub.