
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Kəpəz” növbəti transferini açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu “Neftçi”dən ayrılan qapıçı Kamran İbrahimovla 1 illik müqavilə bağlayıb.
23 yaşlı qolkiper ötən mövsüm “Neftçi”nin heyətində çempionatda 9 oyunda qapını qoruyub.
"Kəpəz" bundan əvvəl Tural Axundovla Elvin Yunuszadənin keçidini rəsmiləşdirib.