
“Neftçi” 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsi ilə bağlı proqramını açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim-məşq toplanışının əsas mərhələsi üçün Türkiyəni seçən "ağ-qaralar" Boluya üz tutacaqlar.
Taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək davam edəcək.
Ayın 1-də qardaş ölkəyə yollanacaq komandanın üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar.
Paytaxt klubu orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan Laurentsiu Regekampfın komandası hazırda məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.