
"Neftçi" komandasının bəzi futbolçularında nömrə dəyişikliyi baş verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iki futbolçu növbəti mövsümdə meydana yeni nömrə ilə çıxacaq.
Əvvəlki mövsümdə futbolkasının üzərinə 37 yazılan gənc yarımmüdafiəçi Vüsal Əsgərov bundan sonra "20"-ni daşıyacaq. Braziliyalı müdafiəçi Gilyerme Pato isə bundan sonra 16 nömrəli forma ilə meydana çıxacaq. Legioner futbolçu ötən mövsüm 77 nömrə idi.
Qeyd edək ki, "Neftçi"də 16 nömrə vakant idi. 20 nömrəli nömrə isə müdafiəçi Mert Çelikə məxsus idi. "Neftçi"də icarə müddəti başa çatan Mert müqavilə ilə məxsus olduğu "Başakşəhər"ə qayıdıb.
Mirağa