
“Neftçi”nin yeni transferi Solomon Kvirkveliyanı təqdim edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı müdafiəçi ilə 2 il müddətinə müqavilə imzalanıb.
30 yaşlı futbolçu "Neftçi"də 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü olan Kvirkveliyanın son komandası Tbilisi təmsilçisi “Qaqra” olub.
