14:03 04.07.2022 552

"Heç kim Gəncəyə 3 xal arxasınca gəlməsin" - Elvin Yunuszadə

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" heyətinə bir neçə təcrübəli futbolçu qatıb ki, onlardan biri də Elvin Yunuszadədir. Baxmayaraq ki, 30 yaşlı müdafiəçi ötən çempionatı boşa verib, "Kəpəz" kimi, o da növbəti mövsümə köklənib. 

Fanat.Az "Qarabağ", "Neftçi" kimi klubların şərəfini qorumuş sabiq milli üzvünün yeni komandası ilə bağlı təəssüratlarını, hazırlıq prosesi ilə bağlı fikirlərini öyrənib: 

"Kəpəz"ə ötən mövsümün sonlarında qoşuldum. Formamı bərpa etmək üçün məşqlərdə iştirak edirdim. Sağ olsunlar, klub rəhbərliyi və baş məşqçi mənə bu şəraiti yaratdılar. Komanda yeni mövsümün hazırlıqlarına başlayanda mənə transfer təklifi etdilər. Təbii ki, razılaşdım və müqavilə imzaladıq. 

Növbəti mövsümə hazırlığın ilk mərhələsini Gəncədə keçdik. Hardasa on gün, iki həftəyə yaxın müddəti əhatə edən məşqlər əsas hazırlıq prosesinə hesablanmışdı. Fiziki məşqlər etdik, "yük aldıq". Bugündən Bakıda məşqlərə başlayırıq. Bu mərhələdə yoxlama oyunlarımız da olacaq. Bakıdakı təlim-məşq toplanışı həm heyətin formalaşmasına, həm oyun təcrübəsi qazanmağa, həm də taktiki-texniki çalışmalara həsr olunacaq. Yəni əsas proses bundan sonra başlayır".

Elvin Yunuszadə "Kəpəz"in 2022/2023 mövsümü üçün hədəflərini də açıqlayıb: 

"Hər şeydən əvvəl baş məşqçi amilini qabartmaq istəyirəm. "Kəpəz"in təcrübəli baş məşqçisi var. Yaşar Vahabzadə ilə millidə uzun müddət bir yerdə olmuşuq, onun tələbkarlığından xəbərdaram, komandadan nə istədiyini bilirəm. Özü də futbol oynadığı  dönəmdə müdafiəçi olduğu üçün bizə daha çox iş tapşırır, diqqətlə yanaşır. Heyət də güclənir. Yeni oyunçular qoşulub, yenə gələnlər olacaq. Deyiblər ki, bu gün-sabah legionerlər də düşərgəyə qoşulacaq.

"Kəpəz" uzun illərdən sonra Premyer Liqada çıxış edəcək. Tapşırıq odur ki, rəqiblər bizə yuxarıdan aşağı, "asan yem" gözü ilə baxmasın. Uduzsaq da, döyüşərək uduzaq. Necə ki, "Qarabağ" rəqiblərinə məğlub olanda heç kim onları qınamır. Çünki o komanda həmişə ağıllı oyunu, əzmkarlığı ilə seçilir. Biz maddi, heyət və sair keyfiyyətlərə görə geri qalsaq da, mübariz komanda kimi adımızdan söz etdirmək istəyirik. Qoy heç kim Gəncəyə 3 xal dalınca gəlməyi düşünməsin, bizdən ehtiyat etsin. 

O ki qaldı hədəfə, ilk ilimizdir. Yəqin ki, çoxları bizdən ciddi uğur gözləmir. Reallığı da nəzərə almaq lazımdır. Mümkün qədər yuxarı yerlərdən birini tutmaq istəyirik. Autsayder olmaq istəmirik. Amma ilk "dördlüy"ə düşüb avrokuboklara vəsiqə qazana bilsək, bu, bizim üçün fantastik nəticə olar. Əlimizdən gələn qədər buna çalışacağıq".  

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

Facebookdan bizi izləməyi unutmayın.
X