
“Sumqayıt”ın idman direktoru vəzifəsindən ayrılan Zamiq Hüseynov "Səbail"ə baş direktor təyin olunub.
Bayıl klubunun icraçı direktoru Fərəc Əliyev Fanat.Az-a açıqlamasında futbol funksionerinin təyinatını təsdiqləyib.
Zamiq Hüseynov iyulun 1-dən yeni işinin icrasına başlayıb.

Qeyd edək ki, daha öncə Peşəkar Futbol Liqasının Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən “Sumqayıt”ın idman direktoru postunda çalışırdı. O, "gənclik şəhəri" təmsilçisindən iyunun 29-da ayrılıb.
Mirağa