
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin "Sakaryaspor"a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, məlumatı Sakarya təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, iyulun 6-da "Esentepe" hotelinin meydançasında oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da deyil, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub.
Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.