17:00 05.07.2022 430

Rəşad Sadıqov: "Tələsib səhv etmək istəmirik"

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis komandanın düşərgəsində olan "CBC Sport” telekanalının əməkdaşına açıqlamasında hazırlıq və seleksiya fəaliyyətləri ilə bağlı danışıb: 

“Hər şey düşündüyümüz kimi gedir. Məni narahat edən yeganə məqam seleksiya ilə bağlıdır ki, axtarışda olduğumuz futbolçuları istədiyimiz vaxtda transfer edə bilmədik. Futbolda ən çətin məhz transfer məsələsidir. Tələsik qərar verib səhv etmək istəmirik. Çünki bizi qarşıda yalnız Konfrans Liqası deyil, uzun marafonlu çempionat gözləyir. Təkcə “Makkabi” haqda yox, Premyer Liqa barədə də düşünürük. Tam ürəyincə olan futbolçu olmayacağı halda, transfer etmək istəmirəm”.

Sadıqov artıq bir hücumçu ilə anlaşdıqlarını bildirib: 

“Danışıq apardığımız futbolçular var. Ola bilsin ki, yaxın günlərdə hansısa biri ilə transfer məsələsini bitirək. Ümumi götürdükdə çoxları ilə danışıqlarımız baş tutmur. Əvvəlki kimi, çempionatı, maddi durumu bəhanə gətirən müxtəlif səbəblər olur. Hələ ki, istədiyimiz oyunçuları gətirə bilməmişik. Ümid edirik ki, qarşıdakı günlərdə bu məsələdə irəliləyiş olar. Konkret danışsaq, tezliklə komandamıza yeni hücumçu qoşulacaq. Əvvəlcədən adını açıqlamaq istəmirəm”.

Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə oyunlara hələ tam fokuslanmadıqlarını bildirən “Zirə”nin çalışdırıcısı bu prosesə toplanışın Bakı mərhələsində start verəcəklərini vurğulayıb: 

“Rəqibi indidən təhlil edib hazırlaşmaq psixoloji cəhətdən düzgün olmaz. Bakıda son iki həftədə daha çox rəqib və oyun planı barədə düşünəcəyik. Önəmli faktlardan biri də odur ki, “Makkabi”nin heyətində baş məşqçi dəyişikliyi baş verib. Kifayət qədər də yeni transferləri var. Buna görə də, onlarda hansı oyun fəlsəfəsi, necə heyət olacağını bilmirik. Yoxlama görüşləri, ardından isə iyulun 13-də rəsmi matçları olacaq. Yəqin ki, oyun fəlsəfələri və “11-lik”ləri orada aşkar görünəcək. Baş məşqçini yaxından tanıyıram, PAOK-la “Qarabağ”a qarşı matçlarda iştirak edib. Oyun fəlsəfəsini təxminən bilirik. Ancaq çox sistem dəyişikliyi edən mütəxəssisdir. Ona görə də hər şeyə hazır olmalıyıq”.

Qeyd edək ki, “Zirə” Türkiyə toplanışını iyulun 7-də başa vuracaq. Paytaxt klubu Təl-Əviv “Makkabi”si ilə iyulun 21-də evdə, bir həftə sonra isə səfərdə keçirəcək.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X