14:07 06.07.2022 594

"Rauf və Əfranla razılığa gələ bilərik" - "Kəpəz"in baş məşqçisi

Bakıda təlim-məşq toplanışında olan "Kəpəz" həm heyətini formalaşdırır, həm də hazırlığı davam etdirir. Həftəsonu isə komanda ilk yoxlama oyununda özünü sınayacaq. 

Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə Fanat.Az-a verdiyi açıqlamasında "sarı-göylər"in hazırlıq prosesini dəyərləndirib. 

Təcrübəli mütəxəssis təlim-məşq toplanışının gedişatından razılığını bildirib: "Gəncədə iki həftəlik tsikli başa vurduqdan sonra Bakıda - "Dalğa Arena"da məskunlaşmışıq. Bizim üçün hər cür şərait yaradılıb. Gündə iki dəfə məşq edirik. Hazırlığın birinci mərhələsini əsasən yükləmələr, fiziki məşqlər üzərində qurmuşuq. Hazırki periodda isə toplu çalışmaları da icra edirik. Amma hələ də futbolçuların forması ilə bağlı sıxıntılar qalmaqdadır. Yeni gələnlərin bəzisində artıq çəki var idi. Şükür, yavaş-yavaş qaydasına düşürlər. Demək olar, tam heyətlə məşq edirik. Yalnız dünən yeni transferimiz Samir Məhərrəmlidə problem oldu. Qapıçı ilə toqquşmada qabırğasını zədələdi. Ağrılara görə bu gün məşq etmədi. MRT-dən sonra zədəsi barədə məlumat əldə edəcəyik. Ümid edirəm ki, zədəsi ciddi olmaz". 
  
Vahabzadə transfer çalışmaları ilə bağlı da məlumat verib: "İki gürcü və bir iranlı futbolçu artıq məşqlərdə iştirak edir. Onlarla anlaşmışıq. Bundan başqa, bir portuqaliyalı müdafiəçi də baxışa gəlib. Adı Karlosdur. İndidən nəsə demək istəmirəm, yəqin ki, bir neçə gün də sınayıb mövqeyimi bildirəcəyəm. 

Son illər Çexiyada legioner həyatı yaşayan Fərid Nəbiyev də artıq bizimlədir. Bundan başqa, "Sabah"ın yetirməsi Nemət Musayevi komandaya cəlb etmişik. Gənc müdafiəçidir, U-20 millimizin kapitanı olub. 

Bir həftə ərzində komandaya daha 3-4 legioner də qoşulmalıdır. Hələ dəqiqləşmədiyi üçün adlarını açıqlamaq istəmirəm. Bundan əlavə, yerli transfer bazarında da çalışmalarımız davam edir. Rauf Əliyev və Əfran İsmayılovla danışırıq. Onlarla razılığa gələ bilərik.

Heyətlə bağlı atılan addımlar nikbinliyə əsas verir. Qısa müddətdə transferləri bitirib taktiki-texniki məşqləri artırmaq istəyirik. Həftəsonu ilk oyunumuz olacaq. "Səbail"lə Bakı Olimpiya Stadionunda görüşəcəyik".

Mirağa 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X