
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ikinci yoxlama görüşündəki rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi “Sivasspor”la qarşılaşacaq.
Super Liqa klubu ilə matç iyulun 11-də baş tutacaq və Bakı vaxtı ilə saat 16:45-də start götürəcək. Üçüncü sınaq matçının ayın 14-də keçirilməsini planlaşdırılsa da, həmin görüş üçün rəqib hələ bəlli deyil.
Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışındakı ilk yoxlama görüşündə TFF I Liqa təmsilçisi “Sakaryaspor”la qollu heç-heçə (1:1) edib.